Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət ABŞ İrana qarşı əməliyyatlarda MQ-9 Reaper PUA-lar...
ABŞ İrana qarşı əməliyyatlarda MQ-9 Reaper PUA-larının 20%-ni itirib
Cəmiyyət

ABŞ İrana qarşı əməliyyatlarda MQ-9 Reaper PUA-larının 20%-ni itirib

Xpress.az Redaksiyası 22.05.2026 09:27

ABŞ ordusu İrana qarşı hərbi əməliyyatlar zamanı MQ-9 Reaper ağır kəşfiyyat və hücum pilotsuz uçuş aparatları (PUA) arsenalının təxminən beşdə birini itirib.

Bu barədə “Bloomberg“ məlumat yayıb.

Məlumata görə, hərbi əməliyyatların başlamasından bəri İran Pentaqonun müharibədən əvvəlki inventarının təxminən 20%-ni təşkil edən iyirmidən çox MQ-9 Reaper PUA-sını vurub.

Hər biri 30 milyon dollara qədər olan dronlar güclü sensorlar və kameralarla təchiz olunub. Onlardan hər biri “Hellfire” raketləri və JDAM bombaları daşıya bilir.

Agentliyin məlumatına görə, ümumi ziyan 1 milyard dollara çata bilər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək