Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Sürücülərin NƏZƏRİNƏ – WUF13 zolaqlarının qüvvədən...
Sürücülərin NƏZƏRİNƏ – WUF13 zolaqlarının qüvvədən düşəcəyi tarix
Cəmiyyət

Sürücülərin NƏZƏRİNƏ – WUF13 zolaqlarının qüvvədən düşəcəyi tarix AÇIQLANDI

Xpress.az Redaksiyası 22.05.2026 12:23

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) nəqliyyat təminatı çərçivəsində təşkil edilən müvəqqəti xüsusi hərəkət zolaqları tədbir yekunlaşdıqdan sonra öz qüvvəsini itirəcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-ya verilən xəbərə görə, mayın 23-dən sözügedən zolaqlarda avtobus zolağını bildirən 5.9 yol nişanları yığışdırılacaq.

Yol nişanları çıxarılmış zolaqlar qüvvədən düşmüş hesab olunacaq və sürücülər bu zolaqlara daxil ola biləcəklər. 

Nəqliyyatı Əlaqələndirmə Şurasının müvafiq qərarına əsasən, Mehdi Abbasov küçəsində təşkil edilən xüsusi hərəkət zolağı qüvvədə saxlanılacaq. Bununla da bu ərazidən keçən ictimai nəqliyyatın maneəsiz və fasiləsiz hərəkəti təmin ediləcək. 

Sürücülərdən diqqətli olmaq və yol nişanları olan zolaqlarda qanunun tələbinə riayət etmək xahiş olunur.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək