Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İdman Qurban Qurbanov: "Bunun üçün Elvinə icazə vermişik...
Qurban Qurbanov: "Bunun üçün Elvinə icazə vermişik"
İdman

Qurban Qurbanov: "Bunun üçün Elvinə icazə vermişik"

Xpress.az Redaksiyası 23.05.2026 07:57

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandadan ayrılacaq futbolçularla bağlı danışıb.

Təcrübəli mütəxəssis yaxın günlərdə bu məsələyə aydınlıq gələcəyini söyləyib.

"Gedəcək oyunçular açıqlanacaq. 1-2 günə daha dolğun məlumat olacaq. Bizdən asılı olmayan məsələlər də var”.

Baş məşqçi Elvin Cəfərquliyevin durumu barədə də fikir bildirib:

"Elvinlə bağlı danışıqlara açığıq. Bizimlə müqaviləsi var. Transfer məsələsi alınmazsa, növbəti qərarı sonra verəcəyik. Elvinə icazə vermişik ki, başqa klublarla danışıq aparsın”.

Qeyd edək ki, Elvin Cəfərquliyevin adı son vaxtlar xarici klublarla hallanır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək