Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət May günəşi yay günəşindən niyə daha təhlükəlidir?
May günəşi yay günəşindən niyə daha təhlükəlidir?
Cəmiyyət

May günəşi yay günəşindən niyə daha təhlükəlidir?

Xpress.az Redaksiyası 23.05.2026 10:28

Dermatoveneroloqlar xəbərdarlıq edirlər ki, may günəşi düşündüyümüzdən daha təhlükəli ola bilər. Mütəxəssislərin sözlərinə görə, yaz aylarında dəri ultrabənövşəyi şüalara hələ tam uyğunlaşmadığı üçün günəş yanıqları daha asan yaranır.

Qış aylarında melanin istehsalı azalır və dəri günəşə qarşı daha həssas olur. Yazda havanın sərin və küləkli keçməsi isə insanlarda aldadıcı rahatlıq yaradır. Nəticədə insanlar günəş altında daha uzun müddət qalır və yanıq riskini hiss etmirlər.

Mütəxəssislər bildirirlər ki, may ayında günəş şüalarının intensivliyi yay aylarına yaxın olur. Üstəlik, atmosfer daha şəffaf olduğu üçün ultrabənövşəyi şüalar dəriyə daha güclü təsir göstərə bilir.

Həkimlər çölə çıxmazdan əvvəl UV indeksini yoxlamağı tövsiyə edirlər. Yaz aylarında, hətta şəhərdə belə, SPF 30 və daha yüksək qoruyuculu günəş kremlərindən istifadə vacib sayılır. Günəş kremi çölə çıxmazdan təxminən 15 dəqiqə əvvəl çəkilməli və hər iki saatdan bir yenilənməlidir.

Mütəxəssislər əlavə olaraq papaq və gün eynəyindən istifadə etməyi də məsləhət görürlər. Günəş yanığı zamanı isə sərin duş qəbul etmək və sakitləşdirici sprey və ya krem istifadə etmək tövsiyə olunur. Skrab və pilinq kimi prosedurlar isə vəziyyəti daha da ağırlaşdıra bilər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək