Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət “İnklüziv Şəhər: Hər kəs üçün əlçatan urban mühiti...
“İnklüziv Şəhər: Hər kəs üçün əlçatan urban mühitin qurulması” adlı tədbir keçirilib
Cəmiyyət

“İnklüziv Şəhər: Hər kəs üçün əlçatan urban mühitin qurulması” adlı tədbir keçirilib

Xpress.az Redaksiyası 23.05.2026 18:04

2026-cı il mayın 19-da WUF13 Urban Forumu çərçivəsində QHT Agentliyinin pavilyonunda Qan Donorları Assosiasiyası tərəfindən “İnklüziv Şəhər: Hər kəs üçün əlçatan urban mühitin qurulması” adlı tədbir keçirilib.
Tədbirdə sağlamlıq imkanları məhdud şəxslər üçün şəhər mühitində əlçatanlığın təmin olunması, inklüziv və təhlükəsiz infrastrukturun yaradılması, eləcə də onların sosial həyata fəal inteqrasiyası məsələləri müzakirə olunub.
Panel müzakirələrində Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov, Müstəqil Həyat Mərkəzinin sədri Aydın Xəlilov, Zambiyada Ətraf Mühit üzrə Məsləhətçi   Meekson Mvamulando, Ruminyadan Ağıllı Cəmiyyət Assosiasiyasının prezidenti  Dr. Dragos Mutascu və Nezer.Media İnformasiya Portalının təsiscisi eyni zamanda baş redaktoru Nəzərbəy Hacıağayev iştirak ediblər.


Tədbir çərçivəsində vətəndaş cəmiyyəti nümayəndələri, forum iştirakçıları və KİV təmsilçiləri qarşılıqlı müzakirələr aparıb, mövzu ətrafında təqdimatlarla çıxış edərək inklüziv şəhər mühitinin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək