Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat Problemli kreditlər bir ildə 28 faizdən çox artdı
Problemli kreditlər bir ildə 28 faizdən çox artdı
İqtisadiyyat

Problemli kreditlər bir ildə 28 faizdən çox artdı - VİDEO

Xpress.az Redaksiyası 25.05.2026 10:05

Rəsmi statistikaya görə, vaxtı keçmiş kreditlərin məbləği artıq 600 milyon manatı ötüb. Dövlət Statistika Komitəsinin açıqladığı məlumata əsasən, ödəmə müddəti keçmiş kreditlərin həcmi son bir il ərzində 28.7 faiz artıb.

Mərkəzi Bankın məlumatına görə, kreditlərin 93.8 faizi banklar, qalan hissəsi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Xpress.az Xəzər TV-yə istinadən xəbər verir ki, ekspertlər bəzi hallarda vətəndaşların bir neçə kredit öhdəliyinin olmasının geri ödəmə imkanlarını çətinləşdirdiyini bildirirlər. Maliyyə planlamasının düzgün aparılmaması da riskləri artıran əsas səbəblərdən biri hesab olunur.

Ekspertlərin fikrincə, bank sektorunda həm kredit, həm də əmanət portfelinin böyüməsi maliyyə aktivliyinin artdığını göstərsə də, problemli kreditlərin çoxalması risklərin ciddi nəzarətdə saxlanılmasını vacib edir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək