Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Erməni xalqına seçkiqabağı “SÜRPRİZ”:
Erməni xalqına seçkiqabağı “SÜRPRİZ”:
Ana səhifə

Erməni xalqına seçkiqabağı “SÜRPRİZ”: Papikyanın növbəti teatral sousu BAŞ TUTMADI - FOTO

Xpress.az Redaksiyası 26.05.2026 08:41

“Ermənistanın paytaxtında 28 mayda hərbi parad keçiriləcək. Bu parada hazırlıq məşqləri artıq başlayıb. Müdafiə nazirliyi hazırlıq prosesinin çəkilişlərini qadağan edilməsi və buna görə cərimələr barədə dəfələrlə xəbərdarlıq etsə də, bu şeylər nəticə verməyib. Hazırlıqlar zamanı çəkilən görüntülərdə Fransanın CAESAR özüyeriyən artilleriya qurğuları və Çin istehsalı olan zərbə tipli CH-4 "Rainbow" pilotsuz uçuş aparatları (PUA) müşahidə olunub”.

Xpress.az xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev bildirib.

O qeyd edib ki, Ermənistanin əldə etdiyi PUA-ların sayı dəqiq məlum deyil və təxminən 3 ədəd olması mümkündür.

Hərbi ekspertin qənaətincə, Gümrü aviabazasında yerləşdirilən CH-4-lərin alınması ilə bağlı Ermənistan müdafiə nazirliyi rəsmi açıqlama verməyib: “Ermənistanın müdafiə nazirliyi bunu erməni xalqına seçkiqabağı "sürpriz" olaraq təqdim etmək istəyirdi. Amma alınmadı. Suren Papikyanın növbəti teatral sousu baş tutmadı”.

Ə.Verdiyev bildirib ki, CH-4 Çin istehsalı olan hücum və kəşfiyyat PUA-larından biridir: “Çin dövlət korporasiyası CASC (Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası) tərəfindən 2014-cü ildən istehsal olunur və dizaynına görə ABŞ -nin MQ-9 "Reaper" PUA-sının plagiat versiyasıdır. Bu aparatın iki versiyası mövcuddur. CH-4A versiyası əsasən hava kəşfiyyatı, müşahidə və hədəf göstərilməsi, CH-4B versiyası isə havadan yerə zərbələr üçün nəzərdə tutulub. Ermənistan tərəfindən bir kəşfiyyat, 2 ədəd zərbə versiyasinın alınması ehtimalı yüksəkdir. PUA-nın əsas taktiki - texniki xüsusiyyətlərinə gəlincə, CH-4B havada 30 saata qədər qala bilir ( yüklü vəziyyətdə bu müddətdə 14 saata qədər azalır), 7-8 kilometr hündürlükdə 180 km/saat sürətlə uça bilir , peyk vasitəsilə məsafədən idarə olunur, gecə görmə və termal müşahidə sistemlərinə malikdir, elektron-optik kamera sistemi ilə təchiz olunur, 350 kq faydalı yük daşıya bilir. CH-4B aparatı AR-1 tank əleyhinə raketlər, lazerlə idarə olunan FT-5 bombaları və ağıllı sursatlar ilə silahlana bilər”.

Hərbi ekspert qeyd edib ki, CH-4B həmçinin cəbhə xəttindən uzaq məsafələrdə müşahidə aparmağa, artilleriya atəşinin tənzimlənməsinə, texnika və şəxsi heyətə zərbələr endirməyə imkan verir: “CH-4 son illərdə Yaxın Şərq və Afrika bölgələrində aşağı intensivliyə malik müxtəlif münaqişələrdə istifadə olunub, amma döyüş əməliyyatlarının gedişatına hansısa bir şəkildə müsbət təsir edəcək xüsusi bir nailiyyəti ilə yadda qalmayıb. Bu aparatlara silah bazarında ciddi bir tələbat da hiss olunmur. Bu aparatların əsas çatışmazlığı aşağı sürəti 180 km/saat), daşınan faydalı yükün az kütləsi (350 kq) və radarlara görünmə əmsalının yüksək olması ilə əlaqədardır”.

Ə.Verdiyev sonda vurğulayıb ki, Ermənistan Vətən Müharibəsi və sonrakı əməliyyatlar zamanı Azərbaycana qarşı bənzər PUA-lardan istifadə etsə də, döyüş əməliyyatları zonasında bir dəfə də olsun təşəbbüsü ələ keçirə bilməyib: “Buna görə də əldə edilən məhdud sayda Çin PUA-ları və Fransa silahları heç bir halda regional güc balansına təsir etməyəcək”.

Günay ATİLLA

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək