Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Vətəndaşlara qarşı növbəti fişinq kampaniyası aşka...
Vətəndaşlara qarşı növbəti fişinq kampaniyası aşkarlanıb
Cəmiyyət

Vətəndaşlara qarşı növbəti fişinq kampaniyası aşkarlanıb

Xpress.az Redaksiyası 26.05.2026 16:59

Azərbaycanda vətəndaşlara qarşı yönəlmiş növbəti fişinq (smishing) kampaniyası aşkarlanıb.

Bu barədə Elektron Təhlükəsizlik Xidmətindən (ETX) bildirilib.

Məlumata görə, aparılan monitorinqlər nəticəsində kiberdələduzların “Azərpoçt” MMC-nin adından sui-istifadə etdiyi müəyyən olunub.

Belə ki, dələduzlar vətəndaşlara SMS mesajlar göndərərək onları fərdi və maliyyə məlumatlarını ələ keçirmək məqsədi daşıyan saxta https://azerpost.389159.com.az veb-səhifəsinə yönləndirirlər.

Bununla əlaqədar ETX vətəndaşlara tanımadıqları mənbələrdən göndərilən SMS mesajlarındakı keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını şübhəli linklər vasitəsilə paylaşmamağı tövsiyə edir.

Eyni zamanda, göndərilmiş bildirişlərin doğruluğunu rəsmi mənbələrdən – “Azərpoçt”un – “169” Çağrı mərkəzi və ETX-nin qaynar xətti – “1654”, eləcə də hər iki qurumun rəsmi sosial media hesablarına müraciət edərək bildirməyi tövsiyə edir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək