Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət “Daimi pul tələbi nəticəsində o məcburi olaraq hək...
“Daimi pul tələbi nəticəsində o məcburi olaraq həkimlərə təyin olunmuş bonusları kəsərək birbaşa nazirliyə verirdi” - TƏBİB VƏ SƏHİYYƏ NAZİRLİYİ HAQDA İDDİALAR
Cəmiyyət

“Daimi pul tələbi nəticəsində o məcburi olaraq həkimlərə təyin olunmuş bonusları kəsərək birbaşa nazirliyə verirdi” - TƏBİB VƏ SƏHİYYƏ NAZİRLİYİ HAQDA İDDİALAR

Xpress.az Redaksiyası 27.05.2026 11:02

Məlum olduğu kimi, hazırda ölkədə səhiyyyə sistemi iki aparıcı qurum tərəfindən – Səhiyyə Nazirliyi və TƏBİB - idarə olunur. Lakin bu qurumların tabeliyində olan tibb müəssisələri əhalinin tələbatına və gözləntilərinə cavab verimir. Belə ki, müəssisələrdə ya təminat yoxdur, ya ümumiyyətlə verilmir, ya da olduqca gecikdirilir. Təminat olmadıqca da işin keyfiyyəti aşağı düşür, beləliklə də əhaliyə normal tibbi xidmət göstərilmir. Bu isə öz növbəsində vətəndaş şikayətlərinin hədsiz artmasına gətirib çıxarır.

Vətəndaşlar arsında narazılıq yaradan tərəflərdən biri də həmin bir sıra xəstəxana binalarının divarlarının uçuq-sökük ölması, qırıq və yararsız çarpayılardır.

Məlum olduğu kimi, Prezident İlham Əliyev cənablarının 2025-ci ildə müvafiq sərəncamına əsasən, Azərbaycanın səhiyyə sisteminin inkişafına 2 milyard manat vəsait ayrılmışdı. Bunun qarşılığında müəssisələrdə təchizat və təminatın belə az olması təəccüb doğurur.

Bunlar bir yana, məlumata görə, hazırda Səhiyyə Nazirliyi bütün tibb müəssisələrinə tapşırmışdır ki, bütün təchizatı özləri almalıdır. Bu zaman qyrılmış vəsaitin hara və kimin cibinə getdiyi çox maraqlıdır?!

İddialara əsasən, nazirliyin tabeliyində olan müəssisələrə bir qayda da tətbiq edilir ki, bütün tabeli müəssisələr aylıq müəyyən məbləğ ödəməlidir. Bu qayda isə rüşvət axınını davam etdirir. Çox yaxın keçmişdə Elmi-Tədqiqat Tibbi Bərpa İnstitunun direktoru Mətanət Əfəndiyevanın da işdən çıxarılmağı təsadüfi deyildi. Əldə olunan məlumata görə, Səhiyyə Nazirliyi tərəfindən daimi pul tələbi nəticəsində M.Əfəndiyeva məcburi surətdə həkimlərə təyin olunmuş bonusları kəsərək birbaşa nazirliyə verirdi. Rüşvətxorluğun bu nazirlik üçün yad bir məfhum olmaıdığını Səidə Rüstəmova tərəfindən estetik cərrahlara pul qarşılığında sertifikasiya şəhadətnamələrinin verilməsi də bir daha sbüut edir. Təbii ki, Səidə Rüstəmova bu işi özbaşına edə bilməzdi. Bu rüşvətxorluqla həkimlik peşəsinə yiyələnmiş şəxslərin səriştəsiz əməliyyatları nəticəsində onlarla qadın ölümü cinayətlərinə kim cavab verəcək?!

Səhiyyə Nazirliyinin tabeliyində olan akademik M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində Plastik və Rekonstruktiv Cərrahiyyə şöbəsi fəaliyyətə başladı ki, bunun nəticəsində 7 professor-dünyanın 12 universitetinin fəxri professoru olan Qurbanxan Müslümov da daxil olmaqla heç bir səbəb və xəbərdarlıq olmadan Elmi Şuranın tərkibindən çıxarıldı, işdən kənarlaşdırıldı, pul qazanmaq məqsədi ilə estetik cərrahlar işlə təmin olundu. Son günlərdə səhiyyə sahəsində ard-arda baş verən hadisələr, Respublika Psixiatriya Mərkəzindən xəstələrin kütləvi şəkildə qaçması hərc-mərcliyin bariz nümunəsidir. Bu yol verilən hərc-məclik insanların həyatını təhlükə altına atır, cinayət baş verir və növbəti cinayətlərə zəmin yaradır. Bəs bunların baş verməməsi üçün niyə nazirlikdə tədbir görülmür?

Beləliklə, səhiyyədə olan bəzi suallar hələ də öz cavabını tapmayıb:

Dövlət tərəfindən səhiyyəyə ayrılan külli miqdarda vəsait necə və hara tətbiq olunur?

Niyə bütün tibb müəssisələrdə təchizat və avadanlıq təminatı tam həcmdə aparılmır?

TƏBİB-ə və Səhiyyə Nazirliyinə ayrılan vəsaitlərin eyni olmasına baxmayaraq, tibb müəssisələrində olan tibbi yardımın keyfiyyəti niyə eyni deyil?

Bu sualların cavabı olmayınca əhali arasında Səhiyyə Nazirliyinə olan münasibət dəyişməyəcək və sarsılmış olaraq qalacaq, göstərilən tibbi yardımın keyfiyyəti lazımı səviyyədə olmayacaq. Əsas məsuliyyəti daşıyan rəhbər şəxslər isə hələ də kölgədə qalaraq digər əməkdaşları önə verib “sudan quru” çıxırlar. Mövzu diqqətdə saxlanılacaq.

Aysel

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

“Azercell" abunəçilərinə

21.09.2026 10:59 Texnologiya

Birinci özümüzə ev alaq, yoxsa maşın?

21.09.2026 10:44 Cəmiyyət

Ana yeni doğulan körpəsini zibil qutusuna

21.09.2026 10:31 Hadisə

Gömrükdə yeni qaydalar vətəndaşlar üçün nəyi dəyişir?

21.09.2026 10:11 Cəmiyyət

Milli Məclisdə kimlər var, nə çatışmır, parlament gələcəyi görə bilirmi?

21.09.2026 09:52 Cəmiyyət

Qədim Mars və sirli fəlakət:

21.09.2026 09:51 Dünya

Üç BÜRCƏ sentyabrın 27-nə qədər pul və uğur zəmanəti

21.09.2026 09:26 Cəmiyyət

Həm dövlət, həm özəl bağçaya eyni vaxtda növbəyə yazılmaq olar?

21.09.2026 09:08 Təhsil

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək