Cəmiyyət
Şuşada Qurban bayramı namazı qılınıb
Xpress.az Redaksiyası
27.05.2026 11:44
Şuşa şəhərində Qurban bayramı ilə əlaqədar bayramı namazı qılınıb.
Xpress.az xəbər verir ki, Yuxarı Gövhər Ağa məscidində qılınan bayram namazında Azərbaycan xalqı, dövləti üçün dualar edilib, əmin-amanlıq arzulanıb.
Bayram namazında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladları da yad olunub, ruhlarına dualar oxunub.