İdman
NBA-da mövsümün ən yaxşı baş məşqçisi açıqlanıb
Xpress.az Redaksiyası
27.05.2026 12:48
Milli Basketbol Assosiasiyasında (NBA) mövsümün ən yaxşı baş məşqçisi bəlli olub.
"Report" NBA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Bostan"dan Co Mazzulla bu ada layiq görülüb.
37 yaşlı mütəxəssis səsvermədə Cey Bi Bikerstaff ("Detroyt Pistons") və Mitça Consonu ("San-Antonio") geridə qoyub.
Xatırladaq ki, "Bostan" müntəzəm mövsümdə 56 qələbə qazanıb və Şərq Konfransında ikinci yeri tutub. Komanda pley-offun ilk turunda "Filadelfiya"ya uduzub.