Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Yarımştat işləyən tələbələrə
Yarımştat işləyən tələbələrə
Cəmiyyət

Yarımştat işləyən tələbələrə XƏBƏRDARLIQ

Xpress.az Redaksiyası 28.05.2026 09:23

Son illərdə Azərbaycanda tələbələr arasında oxuyarkən işləmək halları artmaqdadır. Bu tendensiya daha çox “ikinci iş” və ya paralel iş fəaliyyəti kimi qiymətləndirilir.

Təhsil eksperti Cahid İmanlı Bizim.Media-ya açıqlamasında bildirir ki, bu proses əsasən seçimdən deyil, iqtisadi ehtiyacdan qaynaqlanır.

Onun sözlərinə görə, xüsusilə regionlardan Bakıya təhsil almağa gələn tələbələr üçün iş artıq zərurətə çevrilib:

“Tələbələr arasında ikinci iş trendi birmənalı olaraq ehtiyacdan irəli gələn məsələdir. Çünki reallıqda tələbələr üçün iş məcburiyyətə çevrilib. Xüsusilə rayondan təhsil üçün gələnlər üçün ehtiyacları ödəmək çox çətindir.”

Ekspert qeyd edir ki, tələbələrin işləməsi onların təhsil keyfiyyətinə də mənfi təsir göstərir:

“İş həyatı tələbənin təhsilinə mənfi təsir edir. Yarım ştat işləyən tələbələrdə belə yuxu rejimi pozulur, dərslərə hazırlıq üçün vaxt qalmır. Hətta dərsdə iştirak etsələr belə, keyfiyyətli təhsil almaq çətinləşir.”

Cahid İmanlı hesab edir ki, tələbələrin işləməsi əsasən onların ixtisası ilə bağlı olmur və bu da uzunmüddətli fayda vermir:

“Tələbələrin böyük hissəsi öz ixtisası üzrə deyil, başqa sahələrdə — əsasən iaşə, xidmət və servis sektorunda işləyir. Diplom və vaxt problemi səbəbindən rəsmi ixtisas işlərinə qəbul olunmurlar.”

Ekspertin fikrincə, tələbə işi yalnız düzgün təşkil olunduğu halda faydalı ola bilər:

“İş təcrübəsi çox az qismən üstünlük yaradır. Amma bu, daha çox əməyə alışma prosesidir. Əgər tələbələr öz ixtisasları üzrə ödənişli təcrübəyə cəlb olunsalar, bu daha faydalı olar. Bunu dövlət proqramları ilə dəstəkləmək mümkündür.”

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

“Azercell" abunəçilərinə

21.09.2026 10:59 Texnologiya

Birinci özümüzə ev alaq, yoxsa maşın?

21.09.2026 10:44 Cəmiyyət

Ana yeni doğulan körpəsini zibil qutusuna

21.09.2026 10:31 Hadisə

Gömrükdə yeni qaydalar vətəndaşlar üçün nəyi dəyişir?

21.09.2026 10:11 Cəmiyyət

Milli Məclisdə kimlər var, nə çatışmır, parlament gələcəyi görə bilirmi?

21.09.2026 09:52 Cəmiyyət

Qədim Mars və sirli fəlakət:

21.09.2026 09:51 Dünya

Üç BÜRCƏ sentyabrın 27-nə qədər pul və uğur zəmanəti

21.09.2026 09:26 Cəmiyyət

Həm dövlət, həm özəl bağçaya eyni vaxtda növbəyə yazılmaq olar?

21.09.2026 09:08 Təhsil

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək