Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Avrasiyanın “xəritəsi” dəyişir
Avrasiyanın “xəritəsi” dəyişir
Cəmiyyət

Avrasiyanın “xəritəsi” dəyişir – Azərbaycan üzərindən böyük PLAN

Xpress.az Redaksiyası 01.06.2026 17:05

Xəbər verdiyimiz kimi, Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə Avropaya yük daşımalarını artırmağı hədəfləyib. Bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidməti məlumat yayıb. Ehtimal olunur ki, bu dəhliz tam şəkildə fəaliyyətə başlasa, Rusiya Asiya ilə Avropa arasında əsas tranzit gücü statusunu itirəcək.

Bu ssenari nə dərəcədə mümkündür?

Referans Media  xəbər verir ki ,Globalinfo.az-a danışan politoloq Əfsanə İbrahimova deyib ki, minillər əvvəl tacirlər Çindən Avropaya dəvələrlə yollanırdılarsa, hazırda eyni marşrutla qatarlar, gəmilər və avtomobillər hərəkət edir:

“Fərq ondadır ki, yeni yol Rusiyadan yan keçir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, yəni Orta Dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya çıxışı təmin etməyi hədəfləyir. Hazırda Asiya ilə Avropa arasında yük daşımalarının əhəmiyyətli hissəsi Rusiya üzərindən həyata keçirilir. Bu isə Moskvaya həm gəlir, həm nüfuz, həm də geosiyasi üstünlük qazandırır. Lakin Orta Dəhlizin tam gücü ilə fəaliyyətə başlaması Rusiyanın tranzit ölkə kimi rolunu zəiflədə, onu milyardlarla dollarlıq gəlirdən məhrum edə bilər. Eyni zamanda, Avrasiya logistikasındakı mərkəzi mövqeyinin də sarsılması mümkündür”.


Politoloq bildirib ki, Azərbaycan bu marşrutun əsas həlqələrindən biridir:

“Bakı Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı-Tbilisi-Ceyhan boru kəməri ölkənin Orta Dəhlizdə strateji rolunu gücləndirir. Yəni marşrutdan keçən hər qatar, konteyner və gəmi Azərbaycan üçün əlavə gəlir və beynəlxalq nüfuz deməkdir. Bununla yanaşı, dəhlizin qarşısında müəyyən çətinliklər də qalmaqdadır. Xəzər limanlarının mövcud tutumu hələ tam kifayət etmir. Gürcüstan-Türkiyə istiqamətində infrastrukturun təkmilləşdirilməsinə ehtiyac var. Marşrutun bir neçə ölkədən keçməsi siyasi riskləri artırır. Bundan əlavə, Orta Dəhliz hələlik Rusiya marşrutu ilə müqayisədə daha bahalı hesab olunur. Məsələyə daha geniş prizmadan baxdıqda görünür ki, söhbət yalnız logistikadan getmir. Bu, Avrasiyanın iqtisadi və geosiyasi xəritəsinin yenidən formalaşması prosesidir.

Ukrayna müharibəsindən sonra Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar, Çinin Avropaya çıxış üçün alternativ yollar axtarması və Mərkəzi Asiya ölkələrinin Moskvadan asılılığı azaltmaq istəyi Orta Dəhlizin əhəmiyyətini artıran əsas amillərdir. Tarix göstərir ki, tranzit üstünlüyünü itirən dövlətlər zamanla öz təsir imkanlarının bir hissəsini də itirirlər. Orta Dəhliz ətrafında gedən proseslər də məhz bu baxımdan diqqət çəkir”.

Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

“Azercell" abunəçilərinə

21.09.2026 10:59 Texnologiya

Birinci özümüzə ev alaq, yoxsa maşın?

21.09.2026 10:44 Cəmiyyət

Ana yeni doğulan körpəsini zibil qutusuna

21.09.2026 10:31 Hadisə

Gömrükdə yeni qaydalar vətəndaşlar üçün nəyi dəyişir?

21.09.2026 10:11 Cəmiyyət

Milli Məclisdə kimlər var, nə çatışmır, parlament gələcəyi görə bilirmi?

21.09.2026 09:52 Cəmiyyət

Qədim Mars və sirli fəlakət:

21.09.2026 09:51 Dünya

Üç BÜRCƏ sentyabrın 27-nə qədər pul və uğur zəmanəti

21.09.2026 09:26 Cəmiyyət

Həm dövlət, həm özəl bağçaya eyni vaxtda növbəyə yazılmaq olar?

21.09.2026 09:08 Təhsil

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək