Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Bu məhsul marketlərdən yığışdırılır -
Bu məhsul marketlərdən yığışdırılır -
Cəmiyyət

Bu məhsul marketlərdən yığışdırılır - Ermənistanın imiş...

Xpress.az Redaksiyası 01.06.2026 17:32

Rusiya səhiyyə standartlarına uyğun olmayan pozuntular aşkar edildiyi səbəbilə Ermənistan mənşəli “Jermuk” markalı milyonlarla şüşə mineral suyun satışını dayandırıb. Qərar ölkədə geniş rezonans doğurub.

Rusiya Federal İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Sağlamlığı Qurumu (Rospotrebnadzor) “Jermuk” markalı mineral sularda normativ tələblərə zidd halların aşkar edildiyini açıqlayıb. Bunun ardından məhsulların satışdan çıxarılması ilə bağlı göstəriş verilib.

Qurumun açıqlamasında bildirilib ki, “Jermuk” tərəfindən istehsal olunan ümumilikdə 64,5 milyon şüşə mineral suyun Rusiya üzrə satışının dayandırılması üçün aidiyyəti qurumlara tapşırıq göndərilib.

Qərarın yalnız müəyyən partiyaları deyil, çox böyük həcmdə məhsulu əhatə etdiyi qeyd olunur. Bu isə son illərin ən böyük mineral su toplatma əməliyyatlarından biri kimi qiymətləndirilir.

Xəbərdə qeyd olunur ki, Moskva son həftələrdə Ermənistandan idxal olunan müxtəlif məhsullara qarşı məhdudiyyətləri genişləndirib. Rusiya 22 may tarixində çiçək idxalına, 28 mayda isə meyvə-tərəvəz məhsullarına müvəqqəti məhdudiyyət tətbiq etmişdi.

Bunun fonunda iki ölkə arasında son dövrlərdə artan diplomatik gərginlik və qarşılıqlı ittihamlar da diqqət çəkir.

Xatırladaq ki, daha əvvəl dünyaca məşhur Fransız mineral su markası “Perrier” də məhsullarında nəcis mənşəli bakteriyaların aşkar olunması səbəbilə milyonlarla şüşəni bazardan toplamaq və məhv etmək məcburiyyətində qalmışdı. Həmin hadisədən sonra marka və istehsalçısı olan Nestlé şirkəti ilə bağlı araşdırmalar başladılmışdı./Musavat.com 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

“Azercell" abunəçilərinə

21.09.2026 10:59 Texnologiya

Birinci özümüzə ev alaq, yoxsa maşın?

21.09.2026 10:44 Cəmiyyət

Ana yeni doğulan körpəsini zibil qutusuna

21.09.2026 10:31 Hadisə

Gömrükdə yeni qaydalar vətəndaşlar üçün nəyi dəyişir?

21.09.2026 10:11 Cəmiyyət

Milli Məclisdə kimlər var, nə çatışmır, parlament gələcəyi görə bilirmi?

21.09.2026 09:52 Cəmiyyət

Qədim Mars və sirli fəlakət:

21.09.2026 09:51 Dünya

Üç BÜRCƏ sentyabrın 27-nə qədər pul və uğur zəmanəti

21.09.2026 09:26 Cəmiyyət

Həm dövlət, həm özəl bağçaya eyni vaxtda növbəyə yazılmaq olar?

21.09.2026 09:08 Təhsil

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək