Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İdman Kriştianu Ronaldunun dəyəri düşüb
Kriştianu Ronaldunun dəyəri düşüb
İdman

Kriştianu Ronaldunun dəyəri düşüb

Xpress.az Redaksiyası 04.06.2026 14:18

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldunun dəyəri 10 milyon avroya enib.

Portuqaliyalı ulduz futbolçunun dəyərində əvvəlki ilə müqayisədə 2 milyon avro azalma qeydə alınıb.

Portuqaliya yığmasının və "Əl-Nəsr"in digər oyunçusu Juan Feliksin qiyməti isə 3 milyon avro artaraq 28 milyon avroya çatıb. Səudiyyə Pro Liqasının ən bahalı oyunçusu 30 milyon avro dəyərlə İtaliya millisinin hücumçusu Mateo Reteqidir. Meksikanı dünya çempionatında təmsil edəcək "Əl-Qədisiyyə"nin forvardı Julian Kinonesin dəyəri isə 14 milyon avroya yüksəlib.

Səudiyyə Ərəbistanının digər klubu "Əl-Hilal"ın da bir neçə məşhur futbolçusunun qiymətlərində azalma müşahidə olunur. Teo Ernandeslə Darvin Nunyesin dəyəri 20 milyon avroya, Sergey Milinkoviç-Saviçin qiyməti 12 milyon avroya düşüb. Kollektivin 38 yaşlı fransalı hücumçusu Kərim Benzemanın da qiyməti 1 milyon azalaraq 5 milyon avroya enib.

Qeyd edək ki, Kriştianu Ronaldu və Juan Feliks Portuqaliya yığmasının 2026-cı il dünya çempionatı üçün yekun heyətinə daxil ediliblər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək