Siyəzən sakinlərinə ŞAD XƏBƏR – VİDEO
Bir neçə gün əvvəl Siyəzən rayonunda sel suları nəticəsində dağılan beton körpünün bərpasına başlanılıb.
Hazırda körpüdə bərpa işləri sürətlə davam etdirilir.
İşlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Siyəzəndə fəaliyyət göstərən 2 saylı Yol İstismar İdarəsinin əməkdaşları tərəfindən aparılır.
Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Balaca Həmyə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Rahib Məmmədovun Bizim.Media-ya verdiyi məlumata görə, körpünün yenidən qurulması işlərinin bir həftə ərzində başa çatdırılması nəzərdə tutulur.
Xatırladaq ki, mayın 30-da güclü yağışların yaratdığı sel Siyəzən şəhəri ilə Balaca Həmyə kəndini birləşdirən körpünün dayaqlarını yuyaraq onun uçmasına səbəb olmuşdu.