Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat Ötən il 1 000-ə yaxın saxta pul nişanı dövriyyədən...
Ötən il 1 000-ə yaxın saxta pul nişanı dövriyyədən çıxarılıb
İqtisadiyyat

Ötən il 1 000-ə yaxın saxta pul nişanı dövriyyədən çıxarılıb

Xpress.az Redaksiyası 12.06.2026 17:04

2025-ci il ərzində iqtisadiyyatın nağd pula tələbatı tam həcmdə, adekvat strukturda və vaxtında ödənilmiş, pul nişanları üzrə zəruri ehtiyatlar yaradılıb.

Qaynarinfo Azərbaycan Mərkəzi Bankının (AMB) illik hesabatına istinadən xəbər verir ki, 2025-ci ildə Mərkəzi Banka dövriyyədən 4.5 milyard manat pul nişanı mədaxil edilib, 6.6 milyard manat pul nişanı isə məxaric olunub.

Məlumata görə, tədavüldə nağd pul kütləsi ilin əvvəli ilə müqayisədə 12.1% (2.1 milyon manat) artaraq ilin sonuna 19.6 milyard manat təşkil edib.

"2025-ci ilin son iş gününə milli valyuta üzrə ehtiyatlar 7.1 milyard manat təşkil edir ki, bu da iqtisadiyyatın 2026-cı ilin sonunadək tələbatının ümumilikdə ödənilməsi üçün yetərlidir. Pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin təşkili və hüquq mühafizə orqanları ilə koordinasiya diqqət mərkəzində saxlanılıb.

Hesabat ilində milli valyutada 440 ədəd (39 min manat) saxta pul nişanı, xarici valyutada isə 550 ədəd saxtakarlıq əlamətləri müəyyən edilmiş pul nişanı aşkarlanaraq tədavüldən çıxarılıb və müvafiq tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanlarına təqdim edilib. Əhalidə olan yararsız pul nişanlarının ekspertizaya qəbul edilməsi və dəyişdirilməsi məqsədilə Mərkəzi Bank tərəfindən Bakı şəhərində və ərazi idarələrində yaradılmış nağd pul ofisləri fəaliyyətini davam etdirmişdir. 2025-ci il ərzində əhalidən 2.63 milyon manat (43.6 min ədəd) pul nişanı qəbul edilərək dəyişdirilib.

Bütövlükdə Mərkəzi Bank tərəfindən ölkə iqtisadiyyatının ayrı-ayrı nominallar üzrə nağd pula olan tələbatının ödənilməsi, milli valyuta üzrə ehtiyatların optimal və təhlükəsiz idarə olunması, tədavülün yüksək keyfiyyətli pul nişanları ilə təmin edilməsi kimi prioritetlər diqqət mərkəzində saxlanılıb", - məlumatda qeyd edilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək