Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Azərbaycanın zəngin memarlıq irsinin ən qiymətli n...
Azərbaycanın zəngin memarlıq irsinin ən qiymətli nümunələri -
Ana səhifə

Azərbaycanın zəngin memarlıq irsinin ən qiymətli nümunələri - VİDEO

Xpress.az Redaksiyası 16.06.2026 14:51

CBC TV-nin "Это Азербайджан" verilişinin növbəti buraxılışları Şəkinin tarixi-memarlıq abidələrinə həsr olunub.

Xpress.az xəbər verir ki, verilişin müəllifi və aparıcısı Mixail Altuxov çəkiliş prosesində "Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisinə baş çəkib.

Verilişdə “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun memar-bərpaçısı Sehran Məmmədov və bələdçisi Rəvanə Əzizova Yuxarı Karvansaranın tarixi mahiyyəti, memarlıq xüsusiyyətləri, “Kiş” Tarix-Memarlıq Qoruğunun bələdçisi Gülnarə Kərimova Qafqazın ən qədim məbədi hesab olunan Kiş Alban məbədi barədə məlumat veriblər. Şirniyyatçı Tahir Seyidov isə Şəkinin məşhur tel halvasının hazırlanma qaydasını əyani nümayiş etdirib.

Veriliş zamanı Şəkinin zəngin tarixi-mədəni irsi, qoruq ərazisində yerləşən digər memarlıq abidələri və onların qorunması istiqamətində görülən işlər haqqında ətraflı danışılıb. Xüsusilə, Yuxarı Karvansaranın tarixi mahiyyəti, onun əsrlər boyu Böyük İpək Yolunun mühüm ticarət mərkəzlərindən biri kimi oynadığı rol diqqətə çatdırılıb.

Verilişdə qeyd olunub ki, Yuxarı Karvansara Şəkinin iqtisadi, mədəni və ictimai həyatının ayrılmaz hissəsi olub, müxtəlif ölkələrdən gələn tacirlərin görüş və ünsiyyət məkanı kimi fəaliyyət göstərib. Bu gün isə abidə öz tarixi simasını qoruyaraq Azərbaycanın zəngin memarlıq irsinin ən qiymətli nümunələri sırasında yer alır.

Qeyd edək ki, CBC TV-nin hazırladığı bu veriliş “Şəhərsalma və memarlıq ili” çərçivəsində Şəkinin dünya əhəmiyyətli mədəni irsinin daha geniş auditoriyaya tanıdılmasına xidmət edir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Paytaxtın yağış və tullantı suları problemi həllini tapır

04.11.2026 12:27 İqtisadiyyat

Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq

04.11.2026 11:57 İqtisadiyyat

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək