Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü: Güclü...
26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü: Güclü Ordunun
Siyasət

26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü: Güclü Ordunun Şanlı Zəfər Yolu

Xpress.az Redaksiyası 23.06.2026 10:31

Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin və milli təhlükəsizliyinin əlamətdar tarixlərindən biri olan 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qəhrəmanlıq salnaməsini, ordumuzun şərəfli inkişaf yolunu və Vətən uğrunda canından keçmiş igid oğul və qızlarımızın əziz xatirəsini yaşadır.
Azərbaycan milli ordusunun təməli 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə ilk nizami hərbi birləşmə olan Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə qoyulmuşdur. Bu qərar Şərqdə ilk demokratik respublikanın öz milli ordusunu formalaşdırması istiqamətində mühüm tarixi addım idi. Sonrakı dövrdə Hərbi Nazirliyin yaradılması və həyata keçirilən tədbirlər peşəkar ordu quruculuğunun əsasını təşkil etdi. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra milli ordu fəaliyyətini dayandırsa da, xalqımızın dövlətçilik ənənələri və hərbi ruhu heç vaxt sönmədi.
Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanda müasir milli ordunun formalaşdırılması prosesi başlandı. Ordunun döyüş qabiliyyətinin artırılması, hərbi təhsilin inkişafı və müasir texnologiyalarla təchizatı istiqamətində mühüm addımlar atıldı. Silahlı Qüvvələrimizin inkişaf tarixi Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Onun rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində mütəşəkkil və güclü ordu quruldu, gələcək inkişaf üçün möhkəm təməl yaradıldı.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradıldı. Bu təhsil ocağı Azərbaycanda hərb sənətinə marağın artmasına, peşəkar zabit kadrlarının hazırlanmasına mühüm töhfə verdi.
1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı atəşkəs sazişinin imzalanmasından sonra Azərbaycan Silahlı Qüvvələrinin inkişafı yeni mərhələyə qədəm qoydu. Ordunun maddi-texniki bazasının gücləndirilməsi, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi.
1998-ci il mayın 22-də Ümummilli Lider Heydər Əliyevin imzaladığı Fərmana əsasən 26 İyun tarixi rəsmi olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edildi. Hərbi təhsil sisteminin inkişaf etdirilməsi məqsədilə isə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalandı.
Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan 1994-cü ildə NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, 1996-cı ildə “Planlaşdırma və Analiz Prosesi”nə, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu.
Bu siyasəti uğurla davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu sürətlə modernləşdirildi, ən müasir silah və texnika ilə təchiz olundu, şəxsi heyətin peşəkarlığı daha da artırıldı. Nəticədə Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordularından birinə çevrildi.
Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə hərbi sənaye kompleksi formalaşdırıldı. Hazırda Azərbaycanda minlərlə hərbi təyinatlı məhsul istehsal edilir, müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları və atıcı silahlar hazırlanır. Yerli istehsal ordunun təminatında mühüm rol oynayır.
Son illərdə hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də mühüm addımlar atılıb. 2011-ci il 28 dekabr tarixli Fərmana əsasən uzunmüddətli qüsursuz xidmət göstərən yüzlərlə hərbi qulluqçu mənzillərlə təmin olunub.
Azərbaycan Ordusunun qüdrəti döyüş meydanlarında da öz təsdiqini tapıb. 2016-cı ilin Aprel döyüşlərində düşmənin təxribatlarına layiqli cavab verilərək strateji yüksəkliklər və ərazilər azad edildi. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində isə Azərbaycan Ordusu tarixi Zəfər qazandı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımız azad edildi və ölkəmizin ərazi bütövlüyü böyük ölçüdə bərpa olundu.
2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycanın dövlət suverenliyi ölkənin bütün ərazisində tam təmin edildi.
Bu gün Azərbaycan Ordusu yüksək döyüş hazırlığına, peşəkar şəxsi heyətə və müasir silahlanmaya malik güclü hərbi qüvvədir. Ordumuz ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün və milli təhlükəsizliyinin əsas təminatçısıdır.
Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə hərbi əməkdaşlığı da son illərdə mühüm inkişaf mərhələsinə qədəm qoyub. Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlıq genişlənir, birgə hərbi təlimlər keçirilir, hərbi təhsil və müdafiə sənayesi sahələrində təcrübə mübadiləsi aparılır.
Xüsusilə Azərbaycan-Türkiyə strateji müttəfiqliyi ordumuzun modernləşdirilməsində mühüm rol oynayır. Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən islahatlar çərçivəsində 2022-ci ildə Milli Müdafiə Universiteti yaradılıb. Universitetin əsas məqsədi yüksək ixtisaslı hərbi kadrların hazırlanmasıdır.
Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi də hərbi əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edir. Sənəd çərçivəsində hərbi təhsil, şəxsi heyət mübadiləsi, birgə təlimlər və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Azərbaycanın hərbi sahədə etibarlı tərəfdaşlarından biri də Pakistan İslam Respublikasıdır. İki ölkə arasında imzalanmış hərbi əməkdaşlıq sənədləri qarşılıqlı strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.
Nəticə etibarilə, Azərbaycan Ordusunun gücü xalqla ordunun birliyində, əsgər və zabitlərimizin yüksək mənəvi ruhunda, dövlətimizin qətiyyətli siyasətində və milli həmrəyliyimizdədir. Bu gün hər bir azərbaycanlı öz ordusu ilə fəxr edir və onun uğurlarını dövlət müstəqilliyimizin, təhlükəsizliyimizin və gələcək inkişafımızın əsas təminatlarından biri hesab edir.
Pərvanə Vəliyeva
Milli Məclisin deputatı

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 12:59 Siyasət

Prezident Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışını edib

06.11.2026 12:55 Siyasət

Azərbaycanda atalar üçün kompleks tibbi və psixoloji hazırlıq təlimi keçiriləcək -

06.11.2026 12:46 Cəmiyyət

Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssisələrdə olub -

06.11.2026 12:36 Cəmiyyət

Sosial şəbəkələrdə təhqir edilənlər hüquqlarını necə qoruya bilərlər?

06.11.2026 12:06 Cəmiyyət

Bakıda həbsxanada dava:

06.11.2026 11:48 Hadisə

Səhiyyə Nazirliyi əhaliyə çağırış edib

06.11.2026 11:23 Sağlamlıq

“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

06.11.2026 10:31 Hadisə

Azərbaycan və Ukrayna Fəaliyyət Planı qəbul edib

06.11.2026 10:25 İqtisadiyyat

Bir neçə rayona qar yağıb -

06.11.2026 09:55 Hadisə

Fatmayıda partlayış olub,

06.11.2026 09:24 Hadisə

Axtarışda olan şəxs Almaniyadan Azərbaycana ekstradisiya edilib

06.11.2026 09:07 Hadisə

Bu türk ölkəsi eneji içkilərini qadağan edir

05.11.2026 17:58 Dünya

“Zəfər arzuları” adlı sosial aksiya keçirilib -

05.11.2026 17:42 Cəmiyyət

Azərbaycana gətirilən 23 tondan çox quş əti məhv edilib

05.11.2026 17:28 Hadisə

"Qədiroğlu" MMC-nin idxal etdiyi yağın satışı dayandırıldı

05.11.2026 16:47 Hadisə

Dövlət Komitəsində “Bir şəkil” sənədli filminin təqdimatı olub -

05.11.2026 16:43 Ana səhifə

İran Ermənistana xəbərdarlıq edib

05.11.2026 16:17 Dünya

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək