Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət TƏBİB həkimlərin işdən çıxarılmasına aydınlıq gəti...
TƏBİB həkimlərin işdən çıxarılmasına aydınlıq gətirdi -
Cəmiyyət

TƏBİB həkimlərin işdən çıxarılmasına aydınlıq gətirdi - Məqsəd ixtisar deyil

Xpress.az Redaksiyası 08.07.2026 20:02

Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqindən sonra dövlət tibb müəssisələrində kadr təminatı və ştat strukturlarının optimallaşdırılması istiqamətində işlər aparılır.

"Modern.az”ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hazırda qurumun tabeliyindəki tibb müəssisələrində insan resurslarının vəziyyəti, ştat vahidləri və kadr təminatı ilə bağlı genişmiqyaslı təhlillər həyata keçirilir.

Qeyd olunub ki, beynəlxalq təcrübədə səhiyyə kadrlarının planlaşdırılması yalnız ümumi say göstəricilərinə əsaslanmır. Bu zaman kadrların bölgüsü, tibbi xidmətlərə çıxış imkanları, faktiki iş yükü və səhiyyə xidmətlərinə tələbat əsas meyarlar kimi nəzərə alınır.

TƏBİB-in məlumatına görə, Azərbaycanda tibb işçiləri ilə təminat ümumilikdə qənaətbəxş səviyyədə olsa da, regionlar üzrə paylanmada müəyyən fərqlər mövcuddur.

“Əhalinin hər 1000 nəfərinə 7,81 həkim, tibb bacısı və mama düşür. Bu göstərici Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi hər 1000 nəfərə 4,45 nəfərlik minimum göstəricidən yüksəkdir. Bununla yanaşı, kadr təminatı və ştat strukturları üzrə fərqlər həm regionlar, həm də ayrı-ayrı ərazilər, o cümlədən Bakı və Sumqayıt şəhərləri üzrə müşahidə olunur”, – məlumatda bildirilib.

Qurum vurğulayıb ki, həyata keçirilən optimallaşdırma tədbirləri maliyyələşmənin azaldılmasına deyil, dövlət resurslarının daha səmərəli idarə olunmasına xidmət edir.

“Tədbirlərin məqsədi səhiyyə və icbari tibbi sığorta sisteminə ayrılan vəsaitlərin daha səmərəli istifadəsini təmin etməklə vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətini və əlçatanlığını artırmaqdır”, – deyə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, optimallaşdırma ilə bağlı bütün qərarlar əmək qanunvericiliyinin tələblərinə uyğun, mərhələli və əsaslandırılmış şəkildə qəbul edilir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Türkiyədə helikopter qəzaya uğrayıb, 4 hərbçi həlak olub

12.11.2026 21:09 Hadisə

Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü olub -

12.11.2026 21:04 Siyasət

Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 19:48 Siyasət

İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 19:47 Siyasət

"Nvidia"nın rəhbəri qalmaqal fonunda istefa verdi

12.11.2026 18:56 Dünya

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib -

12.11.2026 18:15 Siyasət

Tramp: ABŞ-yə İranla razılaşma artıq lazım deyil

12.11.2026 17:27 Dünya

Göy məscid: Azərbaycan türklərinin Ermənistanda varlığının qalası

12.11.2026 16:36 Gündəm

İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb

12.11.2026 16:22 Siyasət

Pirşağı istiqamətində marşrut avtobusları yenilənir

12.11.2026 16:07 Cəmiyyət

VAR OLUN, QIZLAR! -

12.11.2026 15:42 İdman

“Ermənilər azərbaycanlılarla yenidən dost ola bilərmi?” –

12.11.2026 15:30 Gündəm

İlham Əliyev Dublində Zelenski ilə görüşüb

12.11.2026 15:16 Siyasət

Baş nazirin müavini COP31 sessiyasında Azərbaycanın iqlim siyasəti barədə

12.11.2026 14:21 Siyasət

Azərbaycanda 1000 məsciddə din xadimi yoxdur

12.11.2026 13:56 Cəmiyyət

Şəkidə 150 illik ağacları kəsənlər tutuldu

12.11.2026 12:39 Hadisə

“Yanar dağ”da Qafqaz İslam Ordusunun səngərləri:

12.11.2026 12:24 Ana səhifə

Türk İnvestisiya Fondu ilk maliyyələşdirməni həyata keçirib

12.11.2026 12:15 İqtisadiyyat

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək