Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Azərbaycanda niyə 3 manatlıq yoxdur?
Azərbaycanda niyə 3 manatlıq yoxdur?
Cəmiyyət

Azərbaycanda niyə 3 manatlıq yoxdur? – RƏSMİ CAVAB

Xpress.az Redaksiyası 09.07.2026 09:15

Milli valyutanın nominalları müəyyən edilərkən təkcə iqtisadi deyil, həm də ciddi riyazi və psixoloji amillər əsas götürülür. Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da pul nişanlarının strukturu "1-2-5" prinsipinə (və ya binary-decimal sisteminə) söykənir. Bu sistem minimum sayda əsginasdan istifadə etməklə istənilən məbləği ən optimal və sürətli şəkildə formalaşdırmağa imkan verir. 

Görəsən, niyə milli pul vahidi arasında “3 manatlıq” yoxdur?

Azərbaycan Mərkəzi Bankıdan “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, qurum nağd pul tədavülünün effektiv təşkili, milli pul nişanlarımızın yaradılması, onların nominal strukturu, dizaynı və istehsalı məsələlərini daimi diqqət mərkəzində saxlayır: pizza

“Pul nişanlarımızın nominal strukturuna dəyişikliklərin edilməsi və yeni nominalın tədavülə buraxılması üzrə təkliflə bağlı bildiririk ki, Mərkəzi Bank ölkədə nağd pul tədavülünün effektiv təşkili, milli pul nişanlarımızın yaradılması, onların nominal strukturu, dizaynı və istehsalı məsələlərini daimi diqqət mərkəzində saxlayır, bu istiqamətdə mütəmadi təhlillər həyata keçirir, dünya təcrübəsini yaxından izləyir və vətəndaşların fikirləri öyrənilir.

Mərkəzi Bank son dövrlərdə pul nişanlarımızın nominal strukturunun beynəlxalq metodologiya əsasında təhlilini həyata keçirmiş və mövcud nominal strukturun ölkədə nağd pul nişanlarının ödəniş vasitəsi kimi istifadəsində, hesablaşmalarda və eləcə də qiymətəmələgəlmədə öz aktuallığını qoruduğu müəyyən edilib.

Bu istiqamətdə aparılacaq gələcək qiymətləndirmələrdə vətəndaşların müraciətləri daim diqqətdə saxlanılacaq və məsələ ilə bağlı hər hansı dəyişikliklər olarsa bu barədə ölkə ictimaiyyəti müvafiq şəkildə məlumatlandırılacaqdır”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Türkiyədə helikopter qəzaya uğrayıb, 4 hərbçi həlak olub

12.11.2026 21:09 Hadisə

Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü olub -

12.11.2026 21:04 Siyasət

Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 19:48 Siyasət

İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 19:47 Siyasət

"Nvidia"nın rəhbəri qalmaqal fonunda istefa verdi

12.11.2026 18:56 Dünya

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib -

12.11.2026 18:15 Siyasət

Tramp: ABŞ-yə İranla razılaşma artıq lazım deyil

12.11.2026 17:27 Dünya

Göy məscid: Azərbaycan türklərinin Ermənistanda varlığının qalası

12.11.2026 16:36 Gündəm

İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb

12.11.2026 16:22 Siyasət

Pirşağı istiqamətində marşrut avtobusları yenilənir

12.11.2026 16:07 Cəmiyyət

VAR OLUN, QIZLAR! -

12.11.2026 15:42 İdman

“Ermənilər azərbaycanlılarla yenidən dost ola bilərmi?” –

12.11.2026 15:30 Gündəm

İlham Əliyev Dublində Zelenski ilə görüşüb

12.11.2026 15:16 Siyasət

Baş nazirin müavini COP31 sessiyasında Azərbaycanın iqlim siyasəti barədə

12.11.2026 14:21 Siyasət

Azərbaycanda 1000 məsciddə din xadimi yoxdur

12.11.2026 13:56 Cəmiyyət

Şəkidə 150 illik ağacları kəsənlər tutuldu

12.11.2026 12:39 Hadisə

“Yanar dağ”da Qafqaz İslam Ordusunun səngərləri:

12.11.2026 12:24 Ana səhifə

Türk İnvestisiya Fondu ilk maliyyələşdirməni həyata keçirib

12.11.2026 12:15 İqtisadiyyat

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək