Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Biləsuvarda film kimi
Biləsuvarda film kimi
Cəmiyyət

Biləsuvarda film kimi TƏBİƏT HADİSƏSİ - Qum burulğanının əsl səbəbi BƏLLİ OLDU – VİDEO

Xpress.az Redaksiyası 09.07.2026 12:49

Ötən gün Biləsuvarın Xırmandalı kəndi ərazisindəki açıqlıqda baş verən qum burulğanı müzakirələrə səbəb olub.

Məsələ burasındadır ki, Azərbaycanda qum fırtınası və burulğanı nadir haldır. Ölkədə əsasən tozlu hava çox müşahidə olunur, o da xüsusilə Abşeron yarımadasında və Xəzər sahillərində güclü küləklə birlikdə görünür. Nəzərə alsaq ki, Biləsuvar Aran zonasıdır, güclü küləyin az müşahidə olunduğu ərazilərdəndir, o zaman qum burulğanının necə, hansı coğrafi şəraitdə yaranması maraq və narahatlıq doğurur.

Adətən Asiya və Şimali Amerika qitəsində baş verən uzun xortumlu qum burulğanlarını Azərbaycan insanı yalnız filmlərdə görüb. Amma bu dəfə öz coğrafiyamızda baş verən bu hadisə iqlim dəyişiklikləri ilə bağlı müzakirələri yenidən alovlandırdı.
 Mütəxəssislər bildirirlər ki, Biləsuvarın Xırmandalı kəndində görünən hadisə böyük regional qum burulğanından çox, lokal toz burulğanına bənzəyir. Düzən ərazilərdə isti və soyuq hava kütlələri arasında kəskin təzyiq fərqi yarandıqda əmələ gələ bilər.

Daha bir səbəb isə rayon ərazisinin geniş və açıq relyefə malik olmasıdır. Küləyin qarşısını alan dağ və ya sıx meşə zolaqları azdır.

Yayda torpaq uzun müddət quru qalanda üst qatdakı xırda torpaq və qum hissəcikləri asanlıqla havaya qalxır.

Güclü qızan torpaq üzərində yüksələn isti hava axını bəzən fırlanaraq toz burulğanı yaradır. Bu hadisə dar bir sahədə baş verə bilər, yəni kütləvi və təkrarlanan olmaz.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Türkiyədə helikopter qəzaya uğrayıb, 4 hərbçi həlak olub

12.11.2026 21:09 Hadisə

Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü olub -

12.11.2026 21:04 Siyasət

Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 19:48 Siyasət

İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 19:47 Siyasət

"Nvidia"nın rəhbəri qalmaqal fonunda istefa verdi

12.11.2026 18:56 Dünya

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib -

12.11.2026 18:15 Siyasət

Tramp: ABŞ-yə İranla razılaşma artıq lazım deyil

12.11.2026 17:27 Dünya

Göy məscid: Azərbaycan türklərinin Ermənistanda varlığının qalası

12.11.2026 16:36 Gündəm

İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb

12.11.2026 16:22 Siyasət

Pirşağı istiqamətində marşrut avtobusları yenilənir

12.11.2026 16:07 Cəmiyyət

VAR OLUN, QIZLAR! -

12.11.2026 15:42 İdman

“Ermənilər azərbaycanlılarla yenidən dost ola bilərmi?” –

12.11.2026 15:30 Gündəm

İlham Əliyev Dublində Zelenski ilə görüşüb

12.11.2026 15:16 Siyasət

Baş nazirin müavini COP31 sessiyasında Azərbaycanın iqlim siyasəti barədə

12.11.2026 14:21 Siyasət

Azərbaycanda 1000 məsciddə din xadimi yoxdur

12.11.2026 13:56 Cəmiyyət

Şəkidə 150 illik ağacları kəsənlər tutuldu

12.11.2026 12:39 Hadisə

“Yanar dağ”da Qafqaz İslam Ordusunun səngərləri:

12.11.2026 12:24 Ana səhifə

Türk İnvestisiya Fondu ilk maliyyələşdirməni həyata keçirib

12.11.2026 12:15 İqtisadiyyat

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək