Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Yeni həbs dalğası başlayır? –
 Yeni həbs dalğası başlayır? –
Cəmiyyət

Yeni həbs dalğası başlayır? – Gözlər hüquq-mühafizə orqanlarında...

Xpress.az Redaksiyası 10.07.2026 14:43

Son illərdə Azərbaycanda korrupsiyaya qarşı mübarizə çərçivəsində keçirilən əməliyyatlar nəticəsində bir sıra icra başçıları, yüksək vəzifəli məmurlar və dövlət qurumlarında çalışan şəxslər həbs olunmuş, bu proses cəmiyyətdə ciddi rezonans doğurmuşdu. Həmin dövrdə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatlar dövlət idarəçiliyində şəffaflığın artırılması və korrupsiya hallarının qarşısının alınması istiqamətində mühüm addımlar kimi qiymətləndirilirdi.

Lakin son illər bu istiqamətdə diqqətçəkən əməliyyatların sayının azalması ictimai müzakirələri yenidən alovlandırıb. Dövlət vəsaitlərinin mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət və digər qanun pozuntuları ilə bağlı zaman-zaman ortaya çıxan iddialar fonunda bu sahədə daha ardıcıl və sistemli nəzarət mexanizmlərinə ehtiyac olduğu barədə fikirlər də səslənir.

Bəs yaxın dövrdə yenidən qanunu pozan məmurlara qarşı genişmiqyaslı əməliyyatların keçirilməsi gündəmə gələ bilərmi və hansı sahələrdə nəzarətin daha da gücləndirilməsinə ehtiyac var?

 Ağ Partiya sədri Tural Abbaslı hesab edir ki, korrupsiyaya qarşı mübarizə müəyyən dövrlərdə aparılan kampaniya deyil, fasiləsiz davam etdirilməli olan hüquqi prosesə çevrilməlidir.

“Bu əməliyyatlar kampaniya xarakteri daşımamalıdır. “Korrupsiya mövsümü açıldı” deyə 2-3 icra başçısını həbs edib, videogörüntülərini yayıb, sonra isə aylarla bu prosesi unutmaq doğru deyil. Əgər ortada cinayət varsa, cəza da olmalıdır. Yeyinti, korrupsiya və qanun pozuntuları mövcuddursa, onların araşdırılması davamlı şəkildə aparılmalıdır.”

Partiya sədri bildirib ki, hazırkı vəziyyət bəzi hallarda korrupsiyaya qarşı mübarizənin epizodik xarakter daşıdığı görüntüsünü yaradır.

“Hamı bilir ki, rüşvətxor məmurlar və icra başçıları var. Əgər obyektivlik qorunsaydı, bu gün daha çox məmur qanun qarşısında cavab verərdi.”

Tural Abbaslı vurğulayıb ki, məsələ yeni həbs dalğasının başlanmasında deyil, qanunun bütün hallarda və hər kəsə eyni şəkildə tətbiq edilməsindədir.

“Burada söhbət yeni dalğanın başlanmasından getmir. Bu, davamlı proses olmalıdır. Əgər rüşvət alan, vəzifəsindən sui-istifadə edən məmur və ya icra başçısı varsa, onun fəaliyyəti araşdırılmalı və hüquqi qiymət verilməlidir. Belə əməliyyatlara hər zaman ehtiyac var. Bu, həm cəmiyyətlə məmurlar arasında yaranan uçurumun aradan qaldırılması, həm də ədalətin təmin olunması baxımından vacibdir. Eyni zamanda, digər vəzifəli şəxslər üçün də ciddi xəbərdarlıq rolunu oynayır.

Sonda Tural Abbaslı vurğulayıb ki, vətəndaşların ən çox şikayət etdiyi, korrupsiya və qanun pozuntuları ilə bağlı narazılıqların səsləndiyi bütün dövlət qurumlarında hüquq-mühafizə orqanlarının araşdırmaları aparılmalıdır.Konkret.az

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Türkiyədə helikopter qəzaya uğrayıb, 4 hərbçi həlak olub

12.11.2026 21:09 Hadisə

Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü olub -

12.11.2026 21:04 Siyasət

Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 19:48 Siyasət

İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 19:47 Siyasət

"Nvidia"nın rəhbəri qalmaqal fonunda istefa verdi

12.11.2026 18:56 Dünya

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib -

12.11.2026 18:15 Siyasət

Tramp: ABŞ-yə İranla razılaşma artıq lazım deyil

12.11.2026 17:27 Dünya

Göy məscid: Azərbaycan türklərinin Ermənistanda varlığının qalası

12.11.2026 16:36 Gündəm

İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb

12.11.2026 16:22 Siyasət

Pirşağı istiqamətində marşrut avtobusları yenilənir

12.11.2026 16:07 Cəmiyyət

VAR OLUN, QIZLAR! -

12.11.2026 15:42 İdman

“Ermənilər azərbaycanlılarla yenidən dost ola bilərmi?” –

12.11.2026 15:30 Gündəm

İlham Əliyev Dublində Zelenski ilə görüşüb

12.11.2026 15:16 Siyasət

Baş nazirin müavini COP31 sessiyasında Azərbaycanın iqlim siyasəti barədə

12.11.2026 14:21 Siyasət

Azərbaycanda 1000 məsciddə din xadimi yoxdur

12.11.2026 13:56 Cəmiyyət

Şəkidə 150 illik ağacları kəsənlər tutuldu

12.11.2026 12:39 Hadisə

“Yanar dağ”da Qafqaz İslam Ordusunun səngərləri:

12.11.2026 12:24 Ana səhifə

Türk İnvestisiya Fondu ilk maliyyələşdirməni həyata keçirib

12.11.2026 12:15 İqtisadiyyat

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək