Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət “XXI Əsrin Qadınları” İctimai Birliyinin layihəsin...
“XXI Əsrin Qadınları” İctimai Birliyinin layihəsinin yekun tədbiri Ağsuda keçirilib -
Cəmiyyət

“XXI Əsrin Qadınları” İctimai Birliyinin layihəsinin yekun tədbiri Ağsuda keçirilib - FOTO

Xpress.az Redaksiyası 10.07.2026 16:38

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “XXI Əsrin Qadınları” İctimai Birliyi tərəfindən həyata keçirilən “Qaranlıqdan İşığa: İnsan Alverinə Qarşı Maarifləndirmə və Dəstək” layihəsi çərçivəsində altıncı və yekun maarifləndirici tədbir Ağsu rayonu Uşaq-Gənclər Şahmat Məktəbində keçirilib.

Tədbirin məqsədi gənclər arasında insan alveri ilə bağlı məlumatlılığın artırılması, bu ağır cinayətin doğurduğu risklər barədə maarifləndirmənin aparılması və insan alverinə qarşı mübarizədə ictimai dəstəyin gücləndirilməsi olub.

Tədbirdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Alim Əliyev, “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri, layihənin rəhbəri Mahirə Əmirhüseynova, Ağsu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Kənan Tacızadə, Ağsu Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Qrupunun inspektoru Ağacan Ələbbasov, Ağsu Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Rəşad Abdulov, müəllim və tələbə heyəti iştirak ediblər.

Ağsu Rayon İcra Hakimiyyətinin nümayəndəsi Kənan Tacızadə çıxışında tədbir iştirakçılarını salamlayaraq belə aktual və ictimai əhəmiyyət kəsb edən mövzuya həsr olunmuş maarifləndirici tədbirin Ağsu rayonunda təşkilinə görə layihə təşkilatçılarına təşəkkürünü bildirib. O qeyd edib ki, insan alverinə qarşı mübarizədə maarifləndirmə tədbirlərinin regionlarda keçirilməsi xüsusilə gənclərin məlumatlılığının artırılması, onların bu kimi təhlükələrdən qorunması və cəmiyyətin bu istiqamətdə birgə fəaliyyətinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Alim Əliyev çıxış edərək insan alverinə qarşı mübarizə sahəsində qanunvericilik, həyata keçirilən profilaktik tədbirlər və mövcud müdafiə mexanizmləri barədə ətraflı məlumat verib. O bildirib ki, insan alveri müasir dövrün ən təhlükəli transmilli cinayətlərindən biridir və bu cinayət növünə qarşı səmərəli mübarizə yalnız hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə məhdudlaşmır. Bu istiqamətdə vətəndaşların məlumatlılığı, dövlət qurumları ilə ictimaiyyət arasında əməkdaşlıq və maarifləndirmə tədbirlərinin davamlı keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

Layihənin rəhbəri Mahirə Əmirhüseynova çıxışında insan alveri cinayətinin mahiyyəti, cinayətkarların vətəndaşları müxtəlif üsullarla bu cinayətə cəlb etmə metodları, eləcə də bu təhlükədən qorunma yolları barədə ətraflı məlumat verib. O vurğulayıb ki, insan alverinə qarşı mübarizədə ən təsirli vasitələrdən biri erkən maarifləndirmədir və xüsusilə gənclərin bu sahədə məlumatlı olması onların müxtəlif risklərdən qorunmasına mühüm töhfə verir. Mahirə Əmirhüseynova bildirib ki, müasir dövrdə cinayətkarlar sosial şəbəkələr və müxtəlif rəqəmsal platformalar vasitəsilə xaricdə təhsil, yüksək maaşlı iş, ailə qurmaq və digər cəlbedici vədlərlə insanları aldadaraq öz torlarına salmağa çalışırlar. Bu baxımdan vətəndaşların internet üzərindən qarşılarına çıxan təkliflərə həssas yanaşması, məlumatların etibarlılığını yoxlaması və şübhəli hallarla qarşılaşdıqda aidiyyəti dövlət qurumlarına müraciət etməsi olduqca vacibdir. O, iştirakçıları bu sahədə fəaliyyət göstərən dövlət qurumları, müraciət mexanizmləri və qaynar xətt xidmətləri haqqında da məlumatlandırıb.

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşı Ağacan Ələbbasov çıxışında bildirib ki, insan alverinə qarşı mübarizədə maarifləndirmə tədbirləri mühüm rol oynayır. O qeyd edib ki, xüsusilə gənclərin bu sahədə məlumatlandırılması onların müxtəlif təhlükələrdən qorunmasına, riskləri vaxtında tanımasına və hüquqi biliklərinin artırılmasına xidmət edir. Ağacan Ələbbasov dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın bu istiqamətdə mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb, insan alverinə qarşı mübarizədə maarifləndirmənin, ictimai məlumatlılığın və dövlət–ictimaiyyət əməkdaşlığının əhəmiyyəti bir daha vurğulanıb.

Qeyd edək ki, layihə çərçivəsində Bakıda iki, həmçinin Şamaxı, İsmayıllı, Qəbələ və Ağsuda ümumilikdə altı maarifləndirici tədbir keçirilib. Tədbirlər zamanı iştirakçılar insan alveri cinayətinin yaratdığı təhlükələr, ondan qorunma yolları və mövcud müraciət mexanizmləri barədə ətraflı məlumatlandırılıblar.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Türkiyədə helikopter qəzaya uğrayıb, 4 hərbçi həlak olub

12.11.2026 21:09 Hadisə

Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü olub -

12.11.2026 21:04 Siyasət

Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 19:48 Siyasət

İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 19:47 Siyasət

"Nvidia"nın rəhbəri qalmaqal fonunda istefa verdi

12.11.2026 18:56 Dünya

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib -

12.11.2026 18:15 Siyasət

Tramp: ABŞ-yə İranla razılaşma artıq lazım deyil

12.11.2026 17:27 Dünya

Göy məscid: Azərbaycan türklərinin Ermənistanda varlığının qalası

12.11.2026 16:36 Gündəm

İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb

12.11.2026 16:22 Siyasət

Pirşağı istiqamətində marşrut avtobusları yenilənir

12.11.2026 16:07 Cəmiyyət

VAR OLUN, QIZLAR! -

12.11.2026 15:42 İdman

“Ermənilər azərbaycanlılarla yenidən dost ola bilərmi?” –

12.11.2026 15:30 Gündəm

İlham Əliyev Dublində Zelenski ilə görüşüb

12.11.2026 15:16 Siyasət

Baş nazirin müavini COP31 sessiyasında Azərbaycanın iqlim siyasəti barədə

12.11.2026 14:21 Siyasət

Azərbaycanda 1000 məsciddə din xadimi yoxdur

12.11.2026 13:56 Cəmiyyət

Şəkidə 150 illik ağacları kəsənlər tutuldu

12.11.2026 12:39 Hadisə

“Yanar dağ”da Qafqaz İslam Ordusunun səngərləri:

12.11.2026 12:24 Ana səhifə

Türk İnvestisiya Fondu ilk maliyyələşdirməni həyata keçirib

12.11.2026 12:15 İqtisadiyyat

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək