Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Könül Vəlibəylinin qızı dövlət başçısına müraciət...
Könül Vəlibəylinin qızı dövlət başçısına müraciət etdi :
Cəmiyyət

Könül Vəlibəylinin qızı dövlət başçısına müraciət etdi : “Sağalmağıma kömək edin” - VİDEO

Xpress.az Redaksiyası 10.07.2026 16:58

Bakı Milli Geyim Evinin rəhbəri, mərhum Könül Vəlibəylinin qızı Ləman Qulamovanın vəziyyəti ağır olaraq qalır.

 Xpress.az xəbər verir ki, Ləman Qulamova Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Leyla Əliyevaya müraciət edərək müalicəsinin davam etdirilməsi üçün dəstək istəyib.

Müraciətində o bildirib: "Hörmətli cənab Prezident İlham Əliyev, hörmətli Birinci vitse-prezident Mehriban Əliyeva xanım və hörmətli Leyla xanım. Mən Ləman Qulamovayam. 2025-ci il noyabrın 21-də Yasamal rayonunda baş vermiş dəhşətli yanğın zamanı anamı itirmişəm, özüm isə ağır xəsarətlər almışam.

Hazırda xəstəxanada müalicə alıram. Mənə qida borusu-traxeya fistulu diaqnozu qoyulub. Ötən ilin noyabrından bəri ağızdan qidalana bilmirəm, jejunostomiya vasitəsilə bağırsaqdan qidalanıram. Bu müddətdə mənə dəfələrlə stent yerləşdirilib, müxtəlif əməliyyatlar, o cümlədən açıq cərrahi müdaxilə olunub. Lakin fistul hələ də qalır.

İndi yenidən ağır əməliyyata ehtiyacım var. Təəssüf ki, nənəm və babamın maddi imkanı bu əməliyyatın xərclərini qarşılamağa kifayət etmir. Sizdən xahiş edirəm ki, mənə kömək edəsiniz və əməliyyatın maliyyə yükünün qarşılanmasına dəstək göstərəsiniz. Məni sağaltmağa kömək edin. Hər an pnevmoniya riski ilə üz-üzəyəm. Buna görə də əməliyyatın təcili həyata keçirilməsi vacibdir. Əvvəlcədən minnətdarlığımı bildirirəm. Çox sağ olun".

Qeyd edək ki, ötən ilin noyabrında Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində 1977-ci il təvəllüdlü Könül Hümbətova tüstüdən zəhərlənərək həyatını itirib. Onun qızı Ləman Qulamova isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.

Ləman Qulamova aylardır Türkiyənin "Acıbadem” Xəstəxanasında müalicə alıb. Hazırda isə onun müalicəsinin “Göztepe Medical Park Xəstəxanası”nda davam etdirilməsi planlaşdırılır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Türkiyədə helikopter qəzaya uğrayıb, 4 hərbçi həlak olub

12.11.2026 21:09 Hadisə

Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü olub -

12.11.2026 21:04 Siyasət

Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 19:48 Siyasət

İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 19:47 Siyasət

"Nvidia"nın rəhbəri qalmaqal fonunda istefa verdi

12.11.2026 18:56 Dünya

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib -

12.11.2026 18:15 Siyasət

Tramp: ABŞ-yə İranla razılaşma artıq lazım deyil

12.11.2026 17:27 Dünya

Göy məscid: Azərbaycan türklərinin Ermənistanda varlığının qalası

12.11.2026 16:36 Gündəm

İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb

12.11.2026 16:22 Siyasət

Pirşağı istiqamətində marşrut avtobusları yenilənir

12.11.2026 16:07 Cəmiyyət

VAR OLUN, QIZLAR! -

12.11.2026 15:42 İdman

“Ermənilər azərbaycanlılarla yenidən dost ola bilərmi?” –

12.11.2026 15:30 Gündəm

İlham Əliyev Dublində Zelenski ilə görüşüb

12.11.2026 15:16 Siyasət

Baş nazirin müavini COP31 sessiyasında Azərbaycanın iqlim siyasəti barədə

12.11.2026 14:21 Siyasət

Azərbaycanda 1000 məsciddə din xadimi yoxdur

12.11.2026 13:56 Cəmiyyət

Şəkidə 150 illik ağacları kəsənlər tutuldu

12.11.2026 12:39 Hadisə

“Yanar dağ”da Qafqaz İslam Ordusunun səngərləri:

12.11.2026 12:24 Ana səhifə

Türk İnvestisiya Fondu ilk maliyyələşdirməni həyata keçirib

12.11.2026 12:15 İqtisadiyyat

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək