Cəmiyyət
Dəhlizə kamera quraşdıran sakinlərə çağırış: “Başqasının həyatından burnunuzu və kameranızı çəkin”
Xpress.az Redaksiyası
12.07.2026 09:33
Vəkil Babək Həmidov yaşayış binalarında təhlükəsizlik məqsədilə dəhlizə istiqamətlənmiş müşahidə kameraları quraşdıran sakinlərə müraciət edib.
Xpress.az xəbər verir ki, vəkil bu cür halların digər şəxslərin şəxsi həyatına müdaxilə kimi qiymətləndirilə biləcəyini bildirib.
“Yaşayış binalarının sakinləri öz təhlükəsizliklərini əsas gətirərək dəhlizə kamera quraşdıra bilməzlər. Qonşunu kamera vasitəsilə izləmək onun şəxsi həyatına müdaxilədir. Qısası, başqasının həyatından burnunuzu da, kameranızı da çəkin”, – deyə Babək Həmidov qeyd edib.
