Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Dilənçilərə pul vermək günahdır?
Dilənçilərə pul vermək günahdır?
Cəmiyyət

Dilənçilərə pul vermək günahdır?

Xpress.az Redaksiyası 15.07.2026 08:44

Zaman-zaman sosial şəbəkələrdə və ictimaiyyət arasında dilənçilərə pul verib-verməmək məsələsi müzakirə olunur. Bəziləri küçələrdə dilənən insanların bunu peşəyə çevirdiyini bildirərək onlara pul verməyin doğru olmadığını deyir. Digərləri isə bu fikirlə razılaşmayaraq ehtiyac sahibi olan insanlara kömək etməyin həm mənəvi, həm də dini baxımdan vacib olduğunu vurğulayırlar.

Bəs dinimiz kimlərə yardım etməyi tövsiyə edir? Küçədə dilənən insana pul vermək, yoxsa verməmək günah sayılır?

NOCOMMENT.az xəbər verir ki, ilahiyyatçı-alim Samid Quliyev mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: "İslam dini mərhəməti, yardımlaşmanı və ehtiyac sahiblərinə dəstək olmağı ən böyük mənəvi dəyərlərdən biri hesab edir. Qurani-Kərimdə yoxsullara, miskinlərə və möhtac insanlara yardım etmək dəfələrlə tövsiyə olunur. Eyni zamanda Uca Allah buyurur: "Dilənəni də qovma!" ("Duha" surəsi, 10). Bu ilahi göstəriş ehtiyac sahibi ilə nəzakətlə davranmağı, onu təhqir etməməyi və insan ləyaqətini qorumağı əmr edir".


İlahiyyatçı əlavə edib ki, bununla belə, bu ayə hər qarşılaşdığımız dilənçiyə mütləq pul verməli olduğumuz mənasını daşımır:" İslam xeyirxahlığı hikmət və məsuliyyətlə birgə həyata keçirməyi tövsiyə edir. Məqsəd sadəcə pul vermək deyil, həqiqətən ehtiyac içində olan insana fayda göstərməkdir.


Əgər qarşımızdakı şəxsin həqiqətən ehtiyac sahibi olduğuna əminiksə, ona kömək etmək savab əməldir. Lakin yardım təkcə pul şəklində olmamalıdır. Yemək almaq, geyim və ya dərmanla təmin etmək, yaxud digər zəruri ehtiyaclarını qarşılamaq çox vaxt daha faydalı və məqsədəuyğun olur.

Müasir dövrdə peşəkar dilənçilik və bu fəaliyyətdən qazanc məqsədilə istifadə edən qrupların mövcudluğu da nəzərə alınmalıdır. Belə hallarda verilən pulun həqiqi ehtiyac sahibinə çatmamaq ehtimalı var. Buna görə də yardımı tanıdığımız ehtiyac sahiblərinə, aztəminatlı ailələrə və etibarlı xeyriyyə təşkilatları vasitəsilə çatdırmaq daha doğru seçimdir. Küçədə qarşılaşdığımız bir insana kömək etmək istədikdə isə ona pul vermək əvəzinə yemək almaq və ya konkret ehtiyacını qarşılamaq daha məqsədəuyğun hesab olunur".

Samid Quliyevə görə, müsəlman etdiyi yardımın həqiqətən ehtiyacı aradan qaldırmasına, insan ləyaqətini qorumasına və sui-istifadəyə şərait yaratmamasına diqqət yetirməlidir:"İslamın məqsədi dilənçiliyi təşviq etmək deyil, ehtiyacı aradan qaldırmaq, yardımlaşma mədəniyyətini gücləndirmək və cəmiyyətdə sosial həmrəyliyi möhkəmləndirməkdir'.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək