Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Avropada minlərlə insanı öldürdü,
Avropada minlərlə insanı öldürdü,
Cəmiyyət

Avropada minlərlə insanı öldürdü, Bakıya da çatdı – Bu saatlarda çölə çıxmayın!

Xpress.az Redaksiyası 15.07.2026 09:03

İyun ayında Avropada müşahidə olunan rekord istilər 27 ölkədə 10 650-dən çox insanın ölümünə səbəb olub. Bildirilir ki, həyatını itirənlərin əksəriyyəti 65 yaşdan yuxarı şəxslərdir. Mütəxəssislərin fikrincə, ekstremal temperatur ürək-damar, eləcə də tənəffüs sistemi xəstəliklərini ağırlaşdırır. Azərbaycanda da son günlər, xüsusilə Bakıda havanın temperaturu yüksəkdir.

Ölkəmizdə də belə isti hava sağlamlıq üçün ciddi təhlükə yarada bilərmi? Hansı insanlar daha çox risk altındadır və özümüzü necə qorumalıyıq?

Globalinfo.az-a danışan funksional tibb mütəxəssisi, terapevt Sevinc Musayeva deyib ki, Avropada rekord istilər ekstremal hava şəraitinin xüsusilə yaşlılar və xroniki xəstələr üçün ciddi risk yaratdığını göstərir:

“Azərbaycanda, xüsusilə Bakıda uzunmüddətli yüksək temperatur, rütubət və gecə sərinliyinin olmaması susuzlaşma, təzyiq dəyişiklikləri, ürək ritm pozğunluqları və mövcud xəstəliklərin ağırlaşmasına səbəb ola bilər. Risk qrupuna 65 yaşdan yuxarı şəxslər, uşaqlar, hamilələr, ürək, ağciyər, böyrək və diabet xəstələri, həmçinin açıq havada çalışanlar daxildir”.

Terapevt bildirib ki, insanlar saat 11:00-17:00 aralığında açıq havada qalmağı mümkün qədər məhdudlaşdırmalıdırlar:

“Gün ərzində müntəzəm su içmək, ağır fiziki fəaliyyəti səhər yaxud axşam saatlarına keçirmək, həmçinin yüngül və açıq rəngli geyimlərə üstünlük vermək tövsiyə olunur. Xroniki xəstəlikləri olan şəxslər isə qəbul etdikləri dərmanların rejimini dəyişməməli, maye qəbulu ilə bağlı hər hansı məhdudiyyət olduqda həkim tövsiyələrinə əməl etməlidirlər”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Türkiyədə helikopter qəzaya uğrayıb, 4 hərbçi həlak olub

12.11.2026 21:09 Hadisə

Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü olub -

12.11.2026 21:04 Siyasət

Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 19:48 Siyasət

İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 19:47 Siyasət

"Nvidia"nın rəhbəri qalmaqal fonunda istefa verdi

12.11.2026 18:56 Dünya

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib -

12.11.2026 18:15 Siyasət

Tramp: ABŞ-yə İranla razılaşma artıq lazım deyil

12.11.2026 17:27 Dünya

Göy məscid: Azərbaycan türklərinin Ermənistanda varlığının qalası

12.11.2026 16:36 Gündəm

İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb

12.11.2026 16:22 Siyasət

Pirşağı istiqamətində marşrut avtobusları yenilənir

12.11.2026 16:07 Cəmiyyət

VAR OLUN, QIZLAR! -

12.11.2026 15:42 İdman

“Ermənilər azərbaycanlılarla yenidən dost ola bilərmi?” –

12.11.2026 15:30 Gündəm

İlham Əliyev Dublində Zelenski ilə görüşüb

12.11.2026 15:16 Siyasət

Baş nazirin müavini COP31 sessiyasında Azərbaycanın iqlim siyasəti barədə

12.11.2026 14:21 Siyasət

Azərbaycanda 1000 məsciddə din xadimi yoxdur

12.11.2026 13:56 Cəmiyyət

Şəkidə 150 illik ağacları kəsənlər tutuldu

12.11.2026 12:39 Hadisə

“Yanar dağ”da Qafqaz İslam Ordusunun səngərləri:

12.11.2026 12:24 Ana səhifə

Türk İnvestisiya Fondu ilk maliyyələşdirməni həyata keçirib

12.11.2026 12:15 İqtisadiyyat

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək