Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Zəngəzur dəhlizinə o rəhbərlik edəcək -
Zəngəzur dəhlizinə o rəhbərlik edəcək -
Cəmiyyət

Zəngəzur dəhlizinə o rəhbərlik edəcək - TƏYİNAT

Xpress.az Redaksiyası 15.07.2026 14:03

ABŞ Dövlət Departamenti tərəfindən Zəngəur dəhlizində həyata keçiriləcək tikinti işləri üçün yaradılan "Tripp+ Enterprise Fund" fonduna Rusiya əsilli amerikalı investor Konstantin Sokolov rəhbər təyin olunub.

İlkin kapitalı 201 milyon dollar olan fond ABŞ-nin təşəbbüsü olan TRIPP (Trump Route for International Peace and Prosperity) layihəsinin maliyyələşdirilməsi üçün yaradılıb. Layihə Azərbaycan, Ermənistan və Mərkəzi Asiyanı əhatə edən yeni nəqliyyat, enerji və logistika marşrutlarının inkişafına yönəlib.

Sokolov Çikaqoda yaşayan tanınmış investor və Respublikaçılar Partiyasının ən böyük donorlarından biridir. O, Donald Trampın ikinci prezidentlik dövründə Respublikaçılara 12 milyon dollardan çox vəsait bağışlayıb.

Yeni fondun vəsaitləri nəqliyyat dəhlizləri, dəmir yolları, enerji infrastrukturu, kritik faydalı qazıntılar, data mərkəzləri və logistika layihələrinə yönəldiləcək.

Konstantin Sokolov regionda artıq ciddi biznes maraqlarına malikdir. O, Ermənistanın ən böyük telekommunikasiya şirkətlərindən biri olan Viva Armenia-nın səhmdarlarından biridir. Bundan əlavə, enerji və rəqəmsal infrastruktur sahəsində fəaliyyət göstərən Northern Pillar Energy Consortium və Pelagos Data Centres şirkətlərində rəhbər vəzifələr tutur. ABŞ və İsveçrədə fəaliyyət göstərən investisiya şirkətlərinin təsisçisi kimi enerji, telekommunikasiya və infrastruktur layihələrinə milyardlarla dollar yönəldib.

ABŞ administrasiyası hesab edir ki, TRIPP layihəsi regionda yeni ticarət, tranzit və enerji marşrutlarının formalaşmasına təkan verəcək. Layihə çərçivəsində dəmir yolu, enerji və logistika infrastrukturunun qurulması, həmçinin Zəngəzur dəhlizi istiqamətində iqtisadi inteqrasiyanın gücləndirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Rusiyada doğulan Konstantin Sokolov 1997-ci ildə, 21 yaşında ABŞ-yə köçüb. O, fəaliyyətinə telekommunikasiya sektorunda başlayıb, daha sonra enerji, infrastruktur və maliyyə sahələrində böyük investisiya layihələrinin rəhbərlərindən birinə çevrilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Türkiyədə helikopter qəzaya uğrayıb, 4 hərbçi həlak olub

12.11.2026 21:09 Hadisə

Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü olub -

12.11.2026 21:04 Siyasət

Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 19:48 Siyasət

İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 19:47 Siyasət

"Nvidia"nın rəhbəri qalmaqal fonunda istefa verdi

12.11.2026 18:56 Dünya

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib -

12.11.2026 18:15 Siyasət

Tramp: ABŞ-yə İranla razılaşma artıq lazım deyil

12.11.2026 17:27 Dünya

Göy məscid: Azərbaycan türklərinin Ermənistanda varlığının qalası

12.11.2026 16:36 Gündəm

İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb

12.11.2026 16:22 Siyasət

Pirşağı istiqamətində marşrut avtobusları yenilənir

12.11.2026 16:07 Cəmiyyət

VAR OLUN, QIZLAR! -

12.11.2026 15:42 İdman

“Ermənilər azərbaycanlılarla yenidən dost ola bilərmi?” –

12.11.2026 15:30 Gündəm

İlham Əliyev Dublində Zelenski ilə görüşüb

12.11.2026 15:16 Siyasət

Baş nazirin müavini COP31 sessiyasında Azərbaycanın iqlim siyasəti barədə

12.11.2026 14:21 Siyasət

Azərbaycanda 1000 məsciddə din xadimi yoxdur

12.11.2026 13:56 Cəmiyyət

Şəkidə 150 illik ağacları kəsənlər tutuldu

12.11.2026 12:39 Hadisə

“Yanar dağ”da Qafqaz İslam Ordusunun səngərləri:

12.11.2026 12:24 Ana səhifə

Türk İnvestisiya Fondu ilk maliyyələşdirməni həyata keçirib

12.11.2026 12:15 İqtisadiyyat

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək