Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Ag...
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə Slovakiya arasında Anlaşma Memorandumu imzalanıb
Cəmiyyət

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə Slovakiya arasında Anlaşma Memorandumu imzalanıb

Xpress.az Redaksiyası 15.07.2026 15:51

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə Slovakiya Respublikasının Standartlaşdırma, Metrologiya və Sınaq İdarəsi arasında standartlaşdırma, qanunverici və elmi metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi və uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Memorandumun məqsədi keyfiyyət infrastrukturu sahəsində tərəflər arasında institusional əməkdaşlığı gücləndirmək, beynəlxalq təcrübə və məlumat mübadiləsini genişləndirmək, həmçinin gələcək birgə fəaliyyət istiqamətlərini müəyyənləşdirməkdir. Sənədin iki ölkə arasında keyfiyyət infrastrukturu sahəsində əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə mühüm töhfə verəcəyi gözlənilir.

Anlaşma Memorandumunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov və Slovakiya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elçin Qasımov imzalayıblar.

Memoranduma əsasən, tərəflər arasında texniki tənzimləmə, standartlaşdırma və metrologiya sahələrində informasiya mübadiləsi aparılacaq, həmçinin mütəxəssislərin peşəkar bilik və bacarıqlarının artırılması məqsədilə birgə seminarlar, konfranslar, elmi-texniki layihələr və təlimlər təşkil ediləcək.

Sənəd metrologiya sahəsində kalibrləmə və ölçmə imkanlarının inkişafını da nəzərdə tutur. Bu çərçivədə akkreditasiya olunmuş və akkreditasiya prosesində olan laboratoriyaların sınaq səriştəlilik proqramlarında və beynəlxalq laboratoriyalararası müqayisələrdə iştirakının təşviqi, akkreditə olunmuş uyğunluğun qiymətləndirilməsi qurumlarının sınaq nəticələrinin qarşılıqlı tanınmasının asanlaşdırılması, eləcə də beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə fəaliyyət həyata keçiriləcək.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Türkiyədə helikopter qəzaya uğrayıb, 4 hərbçi həlak olub

12.11.2026 21:09 Hadisə

Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü olub -

12.11.2026 21:04 Siyasət

Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 19:48 Siyasət

İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 19:47 Siyasət

"Nvidia"nın rəhbəri qalmaqal fonunda istefa verdi

12.11.2026 18:56 Dünya

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib -

12.11.2026 18:15 Siyasət

Tramp: ABŞ-yə İranla razılaşma artıq lazım deyil

12.11.2026 17:27 Dünya

Göy məscid: Azərbaycan türklərinin Ermənistanda varlığının qalası

12.11.2026 16:36 Gündəm

İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb

12.11.2026 16:22 Siyasət

Pirşağı istiqamətində marşrut avtobusları yenilənir

12.11.2026 16:07 Cəmiyyət

VAR OLUN, QIZLAR! -

12.11.2026 15:42 İdman

“Ermənilər azərbaycanlılarla yenidən dost ola bilərmi?” –

12.11.2026 15:30 Gündəm

İlham Əliyev Dublində Zelenski ilə görüşüb

12.11.2026 15:16 Siyasət

Baş nazirin müavini COP31 sessiyasında Azərbaycanın iqlim siyasəti barədə

12.11.2026 14:21 Siyasət

Azərbaycanda 1000 məsciddə din xadimi yoxdur

12.11.2026 13:56 Cəmiyyət

Şəkidə 150 illik ağacları kəsənlər tutuldu

12.11.2026 12:39 Hadisə

“Yanar dağ”da Qafqaz İslam Ordusunun səngərləri:

12.11.2026 12:24 Ana səhifə

Türk İnvestisiya Fondu ilk maliyyələşdirməni həyata keçirib

12.11.2026 12:15 İqtisadiyyat

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək