Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Bu şəhərlə Bakı arasında müntəzəm birbaşa aviareys...
Bu şəhərlə Bakı arasında müntəzəm birbaşa aviareyslər açıla bilər
Cəmiyyət

Bu şəhərlə Bakı arasında müntəzəm birbaşa aviareyslər açıla bilər

Xpress.az Redaksiyası 15.07.2026 20:59

Yaxın gələcəkdə Qahirə və Bakı arasında müntəzəm birbaşa aviareyslər açıla bilər.

Bu barədə Misirin Azərbaycandakı səfiri Husaməddin Əffat Mustafa Reda Misir Ərəb Respublikasının Milli Gününün 74-cü ildönümü münasibətilə təşkil edilən qəbulda bildirib.

"Ümid edirəm - və demək olar ki, əminəm, - Qahirə ilə Bakı arasında müntəzəm birbaşa hava əlaqəsinin işə salınması üzrə ümumi istəklərimiz tezliklə həyata keçəcək. Bu, ikitərəfli münasibətlərin gələcək inkişafı üçün mühüm əsas olacaq", - diplomat qeyd edib.

Onun sözlərinə görə, birbaşa hava əlaqəsinin açılması iki ölkə arasında turizm, ticarət, mədəniyyət və işgüzar əlaqələr sahəsində əməkdaşlığın inkişafına təkan verəcək.

Səfir həmçinin bildirib ki, Misir ölkəni Azərbaycan vətəndaşları üçün daha əlçatan etmək üzərində işləməyə davam edir. Hazırda Azərbaycan vətəndaşları təkcə Şarm əş-Şeyxdə deyil, Misirin bütün giriş məntəqələrində ölkəyə çatarkən viza ala bilərlər.

Bununla yanaşı, diplomat gələcəkdə Azərbaycana səfər edən Misir vətəndaşlarına da analoji viza güzəştlərinin təqdim ediləcəyinə ümid etdiyini bildirib.

Humanitar əməkdaşlıqdan danışan Husaməddin Əffat Mustafa Reda qeyd edib ki, bir çox azərbaycanlı Misir haqqında eşidib, lakin ölkəni kifayət qədər yaxşı tanımırlar.

"Görüşdüyüm demək olar ki, hər bir azərbaycanlı deyir: "Əlbəttə, biz Misiri tanıyırıq". Lakin söhbət davam etdikcə biz adətən bir nəticəyə gəlirik: insanlar Misir haqqında çox şey eşidiblər, lakin əslində onu tanımırlar", - o bildirib.

Bununla əlaqədar olaraq səfir ölkə həyatının müxtəlif tərəflərini əhatə edəcək, səfirlik və mədəniyyət mərkəzi vasitəsilə Misirin təbliği üzrə genişmiqyaslı proqramın işə salındığını bildirib.

"Ümid edirəm ki, mənim Bakıdakı fəaliyyət müddətim bitənə kimi xalqlarımız bir-birini daha yaxşı tanıyacaq. Mən əminəm ki, qarşılıqlı tanışlıq uğurlu biznesin və birgə rifahın zəruri şərtidir", - diplomat vurğulayıb.

O həmçinin Azərbaycan ictimaiyyətinin ötən ilin noyabrında Heydər Əliyev Mərkəzində Böyük Misir Muzeyinin açılışının canlı yayımına göstərdiyi böyük marağı qeyd edib. Onun sözlərinə görə, tədbirin keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi və xarici işlər naziri Ceyhun Bayramovun köməyi sayəsində mümkün olub. (Report)

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Türkiyədə helikopter qəzaya uğrayıb, 4 hərbçi həlak olub

12.11.2026 21:09 Hadisə

Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü olub -

12.11.2026 21:04 Siyasət

Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 19:48 Siyasət

İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 19:47 Siyasət

"Nvidia"nın rəhbəri qalmaqal fonunda istefa verdi

12.11.2026 18:56 Dünya

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib -

12.11.2026 18:15 Siyasət

Tramp: ABŞ-yə İranla razılaşma artıq lazım deyil

12.11.2026 17:27 Dünya

Göy məscid: Azərbaycan türklərinin Ermənistanda varlığının qalası

12.11.2026 16:36 Gündəm

İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb

12.11.2026 16:22 Siyasət

Pirşağı istiqamətində marşrut avtobusları yenilənir

12.11.2026 16:07 Cəmiyyət

VAR OLUN, QIZLAR! -

12.11.2026 15:42 İdman

“Ermənilər azərbaycanlılarla yenidən dost ola bilərmi?” –

12.11.2026 15:30 Gündəm

İlham Əliyev Dublində Zelenski ilə görüşüb

12.11.2026 15:16 Siyasət

Baş nazirin müavini COP31 sessiyasında Azərbaycanın iqlim siyasəti barədə

12.11.2026 14:21 Siyasət

Azərbaycanda 1000 məsciddə din xadimi yoxdur

12.11.2026 13:56 Cəmiyyət

Şəkidə 150 illik ağacları kəsənlər tutuldu

12.11.2026 12:39 Hadisə

“Yanar dağ”da Qafqaz İslam Ordusunun səngərləri:

12.11.2026 12:24 Ana səhifə

Türk İnvestisiya Fondu ilk maliyyələşdirməni həyata keçirib

12.11.2026 12:15 İqtisadiyyat

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək