Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Kəbədə qadınlarla kişilərin eyni vaxt ibadət etməs...
Kəbədə qadınlarla kişilərin eyni vaxt ibadət etməsi doğrudur?
Cəmiyyət

Kəbədə qadınlarla kişilərin eyni vaxt ibadət etməsi doğrudur?

Xpress.az Redaksiyası 16.07.2026 08:23

Kəbədə təvaf zamanı milyonlarla insanın yaratdığı sıxlıq səbəbindən kişi və qadınlar istər-istəməz bir-birinə çox yaxın olurlar, bəzən hətta təmas da qaçılmaz olur. İslam fiqhinə görə bu hal günah sayılırmı, yoxsa ibadət zamanı yaranan zərurət kimi qiymətləndirilir? Ümumiyyətlə, kişi və qadınların eyni məkanda olması ilə bağlı dini ölçü nədir?

Globalinfo.az-a danışan ilahiyyatçı Ağa Hacıbəyli deyib ki, Kəbədə təvaf həm həcc, həm də ümrə zamanı yerinə yetirilən əsas ibadətlərdəndir:

“İslam dinində müxtəlif ibadət növləri var: namaz, oruc, zəkat, sədəqə, təvaf, zikr, təsbeh və s. Bütün bu ibadətlərin əsas məqsədi insanın əxlaqını gözəlləşdirmək, onu Rəbbinə layiqli bəndə kimi yetişdirməkdir. Yəni insan ömrü boyu yerinə yetirdiyi bütün ibadətlərlə fitrətini qorumağa, pak bir müsəlman kimi dünyadan köçərək Allahın razılığını və cənnətini qazanmağa çalışır”.

Təvafa gəlincə, ilahiyyatçı bildirib ki, bəli, orada çox böyük izdiham olur:

“Həmin izdihamın içərisində həm qadınlar, həm də kişilər bu ibadəti yerinə yetirirlər. Qeyd edim ki, həcc və ümrə zamanı zəvvarlar “ehram” adlanan xüsusi geyim geyinirlər. Ehramı geyinərkən insan niyyət edir. İbadətin əsası məhz niyyətdir. Təmiz niyyət, pak niyyət insanın bütün əməllərinin təməlidir. Belə bir mənəvi hal yaşayan insanın ağlına, xəyalına və təxəyyülünə qarşı cinslə bağlı hər hansı qeyri-əxlaqi fikir gəlməz. Çünki ora gedən insanlar göz yaşları içində günahlarının bağışlanmasını diləyir, həyatları boyunca etdikləri xəta və nöqsanların əfv olunmasını istəyərək ibadətlərini yerinə yetirirlər. Təvaf hərəkət üzərində qurulan bir ibadətdir. Namaz kimi bir yerdə dayanaraq yerinə yetirilmir. İnsan Kəbənin ətrafında yeddi dəfə dövrə vurur. Hər dövrədə Allahın evinin qarşısından keçir, dua oxuyur, zikr edir. Bu, sadəcə fiziki hərəkət deyil. Necə ki, insanın bədənində qan dövran edir, Yer kürəsi Günəşin ətrafında fırlanır, kainatda atomlar daim hərəkətdədir, insan da təvaf zamanı həmin ilahi nizamın bir parçasına çevrilir. Bu səbəbdən də özünü sanki kainatın içində, mələklərin saflarında hiss edir. Belə ali mənəvi duyğular yaşayan insanların şeytani və nəfsani hisslərdən uzaq olduqlarını anlamaq lazımdır”.


Ağa Hacıbəyli deyib ki, islam hüququnda zərurət halları ilə bağlı müəyyən qaydalar mövcuddur:

“Məsələn, Qurani-Kərimdə donuz əti haram buyurulub. Lakin insan ölüm təhlükəsi ilə üz-üzə qalarsa və başqa qida tapılmazsa, həyatını qorumaq üçün ondan istifadə etməsinə icazə verilir. Bu, zərurət prinsipidir. Eyni qayda ilə Kəbədəki izdiham zamanı insanların bilmədən və qeyri-ixtiyari şəkildə bir-birinə toxunması da günah hesab edilmir. Əsas olan insanın niyyəti, daxili aləmi və əxlaqıdır. Çünki insanın ağlı haradadırsa, əxlaqı da oradadır”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Türkiyədə helikopter qəzaya uğrayıb, 4 hərbçi həlak olub

12.11.2026 21:09 Hadisə

Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü olub -

12.11.2026 21:04 Siyasət

Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 19:48 Siyasət

İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 19:47 Siyasət

"Nvidia"nın rəhbəri qalmaqal fonunda istefa verdi

12.11.2026 18:56 Dünya

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib -

12.11.2026 18:15 Siyasət

Tramp: ABŞ-yə İranla razılaşma artıq lazım deyil

12.11.2026 17:27 Dünya

Göy məscid: Azərbaycan türklərinin Ermənistanda varlığının qalası

12.11.2026 16:36 Gündəm

İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb

12.11.2026 16:22 Siyasət

Pirşağı istiqamətində marşrut avtobusları yenilənir

12.11.2026 16:07 Cəmiyyət

VAR OLUN, QIZLAR! -

12.11.2026 15:42 İdman

“Ermənilər azərbaycanlılarla yenidən dost ola bilərmi?” –

12.11.2026 15:30 Gündəm

İlham Əliyev Dublində Zelenski ilə görüşüb

12.11.2026 15:16 Siyasət

Baş nazirin müavini COP31 sessiyasında Azərbaycanın iqlim siyasəti barədə

12.11.2026 14:21 Siyasət

Azərbaycanda 1000 məsciddə din xadimi yoxdur

12.11.2026 13:56 Cəmiyyət

Şəkidə 150 illik ağacları kəsənlər tutuldu

12.11.2026 12:39 Hadisə

“Yanar dağ”da Qafqaz İslam Ordusunun səngərləri:

12.11.2026 12:24 Ana səhifə

Türk İnvestisiya Fondu ilk maliyyələşdirməni həyata keçirib

12.11.2026 12:15 İqtisadiyyat

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək