Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Şou-Biznes “Buna həqiqətən dəyərdimi, Haluk?”
“Buna həqiqətən dəyərdimi, Haluk?”
Şou-Biznes

“Buna həqiqətən dəyərdimi, Haluk?” Mahsun Kırmızıgül

Xpress.az Redaksiyası 18.07.2026 14:36

Türkiyəli məşhur müğənni Mahsun Kırmızıgül iyulun 12-də saxlanılan “Ahbap” dərnəyinin sədri, tanınmış müğənni Haluk Leventlə bağlı paylaşım edib.

Xpress.az xəbər verir ki, Mahsun instaqram hesabında bir zamanlar ən yaxın dostlarından olan Haluk Leventlə bağlı təəssüf hiss keçirdiyini qeyd edib.

“Bir Haluk Levent hekayəsi...

O dövrdə sən və mən eyni xəyalları və eyni həyəcanı paylaşdıq. Şöhrət nərdivanını bir dam altında, eyni prodüser şirkəti ilə birlikdə qalxdıq.

Sonra qorxunc bir borc spiralına düşdün. Qazandığın pis vərdişlər sənə ciddi bəlalar gətirdi. Həmin borclara görə səni mərhum prodüserimiz Hilmi Topaloğlu və Özcan Dənizin müşayiəti ilə şəxsən Adana Karataş həbsxanasına apardıq.

O vaxtlar Star TV-də bir serialdan qazandığım pulla səkkiz müxtəlif banka olan borclarını ödəmək üçün sənin yanında olduq. Ayağa qalxmağın üçün əlimizdən gələni etdik.

İllər ərzində “Ahbap” Dərnəyi vasitəsilə həyata keçirdiyiniz yardım fəaliyyətlərini gördükcə öz-özümə “Haluk o qaranlıq günləri geridə qoyub”, - deyirdim. Nazirlərdən, valilərdən tutmuş şəhər meri və Prezidentin xanımına qədər hər kəs səni təqdir edirdi. Xalq bağrına basdı. Sənə ikinci, üçüncü, bəlkə də sonuncu şansı verdi.

Zəlzələdən sonra insanlar öz doğmalarını torpağa tapşırarkən, milyonlarla insan sənə güvəndi və əllərindəki o cüzi imkanları belə əmanət etdi.

Və məhz buna görə də... O masaların arxasına bir daha oturmamalıydın. O ekranlara bir daha baxmamalı, o düymələrə bir daha toxunmamalıydın. Kaş ki, əlləriniz qırılaydı – təki o qaranlığa qayıtmayaydın.

Milyonlarla insan sənə yol göstərən bir işıq yandırdı, amma o işığı görmədin. Keçici bir həyəcan naminə bu qədər sevgi, etimad və zəhmətə arxa çevirdin. Hərəkətlərin təkcə səni deyil, sənə inanan hər kəsi yaraladı.

Bu gün fikrimdə ilk növbədə sən deyil, ailən var. Təkcə onların xatirinə belə, bütün o pis vərdişləri, qarşısıalınmaz istəkləri və zəiflikləri geridə qoymalıydın.

Cavabını tapa bilmədiyim bir sual qalır:

Buna həqiqətən dəyərdimi, Haluk?”, - paylaşımda qeyd olunub.

Xatırladaq ki, 57 yaşlı Haluk Levent barəsində İstanbul Baş Prokurorluğu tərəfindən “Ahbap” dərnəyi ilə bağlı aparılan araşdırma çərçivəsində saxlanılma qərarı çıxarılıb. Hazırda məhkəmə prosesi davam edir və hələlik yekun qərar yoxdur.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək