Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Azərbaycan və Almaniya strateji tərəfdaşlıq üzrə B...
Azərbaycan və Almaniya strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə imzalayıb - YENİLƏNİB -
Siyasət

Azərbaycan və Almaniya strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə imzalayıb - YENİLƏNİB - TAM MƏTN

Xpress.az Redaksiyası 21.07.2026 16:46

Berlində iyulun 21-də Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə imzalanıb.

Xpress.az Birgə Bəyannamənin tam mətnini təqdim edir:

- Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası (bundan sonra "Tərəflər") Tərəflər arasında uzunmüddətli və dostluq münasibətlərini tanıyırlar. Onlar qarşılıqlı etimada və müxtəlif sahələrdə maraqların üst-üstə düşməsinə əsaslanan ikitərəfli tərəfdaşlıq və əməkdaşlığı dərinləşdirməklə bağlı qarşılıqlı arzularını təsdiqləyirlər. Tərəflər bir-birinin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmətlərini xatırlayaraq, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, Helsinki Yekun Aktına, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına, və sülhü və təhlükəsizliyi təşviq edən digər beynəlxalq hüquqi sənədlərə birgə sadiqliklərini bir daha təsdiqləyirlər.

Tərəflər Azərbaycan-Ermənistan münasibətlərindəki tarixi irəliləyişi, xüsusilə də 2025-ci il 8 avqust tarixli Vaşinqton Zirvə Görüşünün nəticələrini və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan sonrakı sülh addımlarını alqışlayırlar. Almaniya Federativ Respublikası iki ölkənin regionda davamlı sülhə nail olmağa hədəflənmiş səylərini tam dəstəklədiyini bir daha təsdiqləyir.

Tərəflər Azərbaycan-Avropa İttifaqı (Aİ) tərəfdaşlığının strateji əhəmiyyətini vurğulayır və siyasi dialoqun və praktik əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə artan əməkdaşlığı qeyd edirlər. Onlar həmçinin yenilənmiş Azərbaycan-Aİ Tərəfdaşlıq Prioritetlərinin qəbul edilməsinin və Azərbaycan Respublikası ilə Aİ arasında mövcud dialoq mexanizmlərindən tam həcmdə istifadənin əhəmiyyətini vurğulayırlar. Tərəflər həmçinin Azərbaycan ilə Aİ üzv dövlətləri arasında əməkdaşlığın gücləndirilməsi səylərini yüksək dəyərləndirirlər.

  1. Tərəflər aşağıdakı sahələrdə, lakin bununla məhdudlaşmadan, əməkdaşlıq etmək niyyətindədirlər:
  2. Siyasi və Diplomatik Əməkdaşlıq: nazirliklər və qurumlar arasında müntəzəm məsləhətləşmələr, yüksək səviyyəli səfərlərin mübadiləsi; qarşılıqlı faydalı əməkdaşlıq sahələrinin daha da dərinləşdirilməsi üçün məxsusi-məzmunlu yüksək səviyyəli dialoqlar; ortaq maraq kəsb edən ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə praktiki əməkdaşlığın gücləndirilməsi.
  3. İqtisadi və Ticarət Əməkdaşlığı: ikitərəfli ticarətin və sərmayə imkanlarının təşviqi, ikitərəfli iqtisadi əlaqələrin təşviqi mexanizmi kimi ticarət və sərmayə üzrə Almaniya-Azərbaycan Yüksək Səviyyəli İşçi Qrupunun fəaliyyətinin davam etdirilməsi; kənd təsərrüfatı, davamlı iqtisadi inkişaf, yaşıl enerji, yaşıl və aşağı karbonlu hidrogen, enerji səmərəliliyi kimi sahələrdə əməkdaşlığın tam potensialından istifadə etdərək, bağlantılar və infrastruktur, qaz da daxil olmaqla enerji axınları, iqlim fəaliyyəti və ətraf mühitin mühafizəsi, eləcə də davamlı su ehtiyatlarının idarə olunması kimi qlobal və regional əhəmiyyətli məsələlər üzrə əməkdaşlığın artırılması.
  4. Təhlükəsizlik və Müdafiə: insan və narkotiklərin qanunsuz dövriyyəsi, mina təmizləmə sahəsində əməkdaşlıq və yardım da daxil olmaqla regional və qlobal təhlükəsizlik məsələləri üzrə nazirlər səviyyəsində dialoqun davam etdirilməsi; müdafiə sənayesində əməkdaşlığın təşviqi; Müdafiə Akademiyaları və qurumları arasında mütəxəssis və tələbə mübadiləsinin davam etdirilməsi; ortaq narahatlıq doğuran sahələrdə məlumat və ən yaxşı təcrübələrin mübadiləsi.
  5. Mədəniyyət, Təhsil, Dil və İnsanlararası mübadilələr: qarşılıqlı anlaşmanı, mədəniyyətlərarası və dinlərarası dialoqu təşviq edən mədəni mübadilə fəaliyyətləri və proqramları; innovativ və rəqəmsal təhsil, peşə təhsili, birgə tədqiqat layihələri və akademik mübadilələr üzrə gələcək əməkdaşlıq imkanları barədə dialoq perspektivləri.
  6. Elm, Texnologiya və İnnovasiya: rəqəmsal transformasiya, sənaye modernləşdirilməsi və inkişafda olan texnologiyalar sahəsində əməkdaşlığın təşviqi; təhsil və elm sahələrində əməkdaşlıq.
  1. Bu siyasi bəyannaməyə əsasən fəaliyyətlərin həyata keçirilməsi resursların mövcudluğuna tabe və Tərəflərin müvafiq qanun və qaydalarına uyğun olacaqdır

21 iyul 2026-cı il tarixində Berlin şəhərində ingilis dilində iki nüsxədə imzalanmışdır.

15:45

İyulun 21-də Berlində Almaniya-Azərbaycan sənədlərinin imzalanması mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannaməni imzaladılar.

Tədbirdə, həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə imzalanıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Tramp İranla danışıqların bərpasında məna görmür

21.07.2026 20:17 Dünya

Xpress-in reportajına operativ reaksiya:

21.07.2026 19:20 Hadisə

Bu ölkədə 3 mindən çox insan sudan zəhərlənib

21.07.2026 19:00 Dünya

5 gün vaxt qoyulub -

21.07.2026 18:44 Sağlamlıq

"Araz Vadisi İqtisadi Zonası" dəmiryol şəbəkəsinə qoşulacaq

21.07.2026 18:15 İqtisadiyyat

Daha bir tibb müəssisəsi ürək və kök hüceyrələri transplantasiyası həyata keçirəcək

21.07.2026 17:45 Sağlamlıq

Hikmət Hacıyevdən Tural Sadıqlıya:

21.07.2026 16:53 Siyasət

İlham Əliyev: Azərbaycandan təchiz edilən benzin və dizel Ermənistanın enerji təhlükəsizliyinə töhfədir

21.07.2026 16:41 Siyasət

Qırğızıstanın ərazisi genişlənib

21.07.2026 16:08 Dünya

Suriyadan gətirilənlər reabilitasiyaya cəlb olunub

21.07.2026 15:55 Gündəm

İlham Əliyev və Fridrix Merts mətbuat konfransı keçirib

21.07.2026 15:48 Siyasət

Özgür Özel CHP ilə vidalaşdı

21.07.2026 15:27 Dünya

Kəlbəcərdə sursat partlayıb,

21.07.2026 15:11 Hadisə

İlham Əliyevlə Fridrix Merts arasında təkbətək görüş keçirilib

21.07.2026 14:31 Siyasət

Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

21.07.2026 14:29 Siyasət

Ölü doğulan körpə zirzəmiyə atılıb? -

21.07.2026 14:17 Hadisə

Yaradıcı gəncləri birləşdirən Creative Zone düşərgəsi başa çatıb

21.07.2026 13:58 Mədəniyyət

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

21.07.2026 13:23 Siyasət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək