Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət İlham Əliyev: Azərbaycandan təchiz edilən benzin v...
İlham Əliyev: Azərbaycandan təchiz edilən benzin və dizel Ermənistanın enerji təhlükəsizliyinə töhfədir
Siyasət

İlham Əliyev: Azərbaycandan təchiz edilən benzin və dizel Ermənistanın enerji təhlükəsizliyinə töhfədir

Xpress.az Redaksiyası 21.07.2026 16:41

Azərbaycan tərəfindən təchiz edilmiş benzin və dizel yanacağı Ermənistanın enerji təhlükəsizliyinə çox böyük töhfədir.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Kansleri Fridrix Merts ilə birgə mətbuat konfransında bildirib.

Dövlət başçısı qeyd edib ki, uzun illərdən sonra Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, sülh sazişinin paraflanması, Vaşinqtonda Ağ Evdə Prezident Donald Trampın iştirakı və imzası ilə Birgə Bəyannamənin imzalanması faktiki olaraq 30 il davam edən münaqişəyə son qoydu.

"Azərbaycan bu razılaşmadan dərhal sonra əməli-praktiki addımlara keçdi. Ermənistana bu gün Azərbaycan tərəfindən təchiz edilmiş benzin və dizel yanacağı Ermənistan enerji təhlükəsizliyinə çox böyük töhfədir. Xüsusilə nəzər alsaq ki, bu gün neft məhsullarının ixracı və idxalı ilə bağlı müəyyən səbəblərə görə bir çox problemlər mövcuddur. Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərinin göndərilməsi geniş vüsət alıb. Bu günə qədər 40 min tondan çox yük Azərbaycan ərazisindən keçib".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək