Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Göygöldə milli dəyərlərin bayramı: V Milli Yaylaq...
Göygöldə milli dəyərlərin bayramı: V Milli Yaylaq Festivalından
Mədəniyyət

Göygöldə milli dəyərlərin bayramı: V Milli Yaylaq Festivalından REPORTAJ

Xpress.az Redaksiyası 24.07.2026 18:43

Göygöl rayonunun Yeni Zod kəndində yerləşən “Xan Yurdu” entoqəsəbəsi növbəti dəfə Azərbaycanın milli-mədəni irsinin nümayiş olunduğu böyük bir festivala ev sahibliyi edir. Artıq ənənəyə çevrilən V Milli Yaylaq Festivalı ilk gündən yüzlərlə yerli və xarici turistin axını ilə yadda qalıb.

Səhər saatlarından etibarən festival məkanında canlanma hiss olunur. Ailələr, gənclər, turistlər və fotoqraflar yaylaq ərazisini gəzərək həm qədim el sənətlərini yaxından izləyir, həm də təşkil olunan tədbirlərdə iştirak edirlər. Dağ mənzərəsi fonunda səslənən milli musiqilər, folklor kollektivlərinin çıxışları və sənətkarların nümayiş etdirdiyi əl işləri ziyarətçilərə Azərbaycan mədəniyyətinin zənginliyini bir daha göstərir.

Festival Göygöl Rayon İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Dünya Etnoidman Konfederasiyası və digər tərəfdaş qurumların dəstəyi ilə “Cavad Xan” Tarix və Mədəniyyət Fondu və “KAP.AZ” MMC-nin birgə təşəbbüsü əsasında keçirilir.

Festival ərazisində qurulan tematik guşələr gün ərzində ziyarətçilərin ən çox üz tutduğu məkanlara çevrilib. “Xan Çadırı”nda xalçaçılıq sənətinin incə nümunələri sərgilənir, ustalar qədim sənət ənənələrini canlı nümayiş etdirirlər. Oxatma, atçılıq, zorxana çıxışları və digər etnospor növləri isə həm yerli sakinlərin, həm də turistlərin böyük marağına səbəb olur.

Festivalın ən gur məkanlarından biri də Azərsun şirkətinin stendi idi. Gün ərzində burada ziyarətçi sıxlığı diqqət çəkirdi. Şirkət qonaqlara müxtəlif məhsullarını təqdim edir, bütün xidmətləri isə ödənişsiz şəkildə həyata keçirirdi. Xüsusilə uşaqlı ailələrin stendə böyük maraq göstərməsi, insanların uzun növbələrdə gözləməsi bu guşəni festivalın ən çox ziyarət edilən məkanlarından birinə çevirib.

Festival boyu aşıq musiqisi, folklor kollektivlərinin çıxışları, teatr tamaşaları, yorğa atların nümayişi, kəndirbazların və alovpüskürənlərin maraqlı performansları tamaşaçılara unudulmaz anlar yaşadır. “Yaylaq süfrəsi”ndə təqdim olunan milli mətbəx nümunələri isə qonaqlara Azərbaycanın bölgələrinə məxsus zəngin kulinariya ənənələrini yaxından tanımaq imkanı yaradır.

Təşkilatçıların sözlərinə görə, festivalın rəsmi açılış mərasimi iyulun 25-də keçiriləcək. Qarşıdakı günlərdə də müxtəlif mədəni, idman və əyləncə proqramlarının davam etdirilməsi nəzərdə tutulur və Göygöl yaylaqlarının daha minlərlə qonağı qəbul edəcəyi gözlənilir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək