Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Azərbaycanlı alimdən metaverse dövrünə yeni elmi b...
Azərbaycanlı alimdən metaverse dövrünə yeni elmi baxış: "Rəqəmsal turizm folkloru" konsepsiyası təqdim olunub
Mədəniyyət

Azərbaycanlı alimdən metaverse dövrünə yeni elmi baxış: "Rəqəmsal turizm folkloru" konsepsiyası təqdim olunub

Xpress.az Redaksiyası 29.07.2026 10:52

Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə folklorun gələcəyi necə olacaq? Ənənəvi mədəni irs virtual dünyada yaşaya biləcəkmi? Bu suallara cavab axtaran Azərbaycanlı alim, Xəzər Universitetinin dosenti Aynur Qəzənfərqızının "Azərbaycan Türk Mədəniyyət Metaversi: Rəqəmsal Turizm Folklorunun Yaranması, Qorunması və Tətbiqi" adlı elmi monoqrafiyası İmza Nəşrləri tərəfindən işıq üzü görüb.

Folklorşünaslıq, turizm və rəqəmsal humanitar elmlərin kəsişməsində yazılmış monoqrafiya elmi yeniliyi ilə seçilir. Əsərdə müəllif tərəfindən "Rəqəmsal turizm folkloru" konsepsiyası formalaşdırılaraq elmi dövriyyəyə təqdim edilir. Bununla yanaşı, metaverse, folklor və turizm ilk dəfə vahid konseptual çərçivədə əlaqələndirilir və bu sahənin nəzəri əsasları sistemli şəkildə izah olunur.

Monoqrafiyanın elmi redaktorları professor Füzuli Bayat və professor Bahadur Bilalovdur. Kitabın ön sözünün müəllifi professor Füzuli Bayat əsəri müasir folklorşünaslığın yeni mərhələsini əks etdirən, gələcək tədqiqatlara istiqamət verə biləcək sanballı elmi araşdırma kimi qiymətləndirib.

Əsərdə metaverse mühiti yalnız texnoloji yenilik kimi deyil, milli-mədəni irsin qorunması, folklorun yeni kommunikasiya mühitində yaşadılması və rəqəmsal turizmin inkişafı üçün perspektivli mədəni platforma kimi dəyərləndirilir. Müəllif göstərir ki, virtual aləmlər gələcəkdə yalnız əyləncə məkanı deyil, həm də xalqların mədəni yaddaşını yaşadan və dünyaya tanıdan yeni bir ekosistemə çevrilə bilər.

Monoqrafiyada Azərbaycan türk folklorunun metaverse platformalarında təqdim olunması, rəqəmsal irsin idarə olunması, virtual mədəni marşrutların yaradılması və gələcəyin turizm modelləri geniş elmi təhlil olunur. Kitabda irəli sürülən nəzəri yanaşmalar rəqəmsal humanitar elmlər və folklorşünaslığın inkişafı baxımından yeni perspektivlər açır.

Mütəxəssislərin fikrincə, əsərin ən mühüm cəhətlərindən biri mövcud beynəlxalq tədqiqatlarda ayrı-ayrılıqda araşdırılan metaverse, folklor və turizm anlayışlarını vahid elmi modeldə birləşdirməsi və "Rəqəmsal turizm folkloru" anlayışını konseptual səviyyədə əsaslandırmasıdır.

Yeni monoqrafiyanın folklorşünaslıq, turizm, kulturologiya, rəqəmsal humanitar elmlər və informasiya texnologiyaları sahəsində çalışan tədqiqatçılar üçün mühüm elmi mənbələrdən birinə çevriləcəyi gözlənilir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək