Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə 10 il, 10 Qran Pri: Bakı Formula 1 tarixində öz iz...
10 il, 10 Qran Pri: Bakı Formula 1 tarixində öz izini necə qoydu? -
Ana səhifə

10 il, 10 Qran Pri: Bakı Formula 1 tarixində öz izini necə qoydu? - FOTO

Xpress.az Redaksiyası 17.08.2026 17:46

Azərbaycan "Formula-1" üzrə 10-cu Qran-priyə ev sahibliyi etməyə hazırlaşır.

Xpress.az milli.az-a istinadla xəbər verir ki, 2016-cı ildə Avropa Qran-prisi ilə başlayan Bakı mərhələsi ötən illər ərzində gözlənilməz qələbələr, maraqlı mübarizələr, rekordlar və "Formula-1" tarixində iz qoyan hadisələrlə yadda qalıb.

Yubiley yarışı ərəfəsində Bakı şəhər halqasının əvvəlki doqquz yarışında baş verən ən diqqətçəkən məqamlara nəzər salaq.

Bakı şəhər halqası "Formula-1"in ən mürəkkəb və maraqlı şəhər treklərindən biridir

Məhz Bakı şəhər halqasının özünəməxsus xüsusiyyətləri Azərbaycan Qran-prisini mövsümün maraqlı mərhələlərindən birinə çevirir. Paytaxtın mərkəzi küçələrindən keçən trek yüksək sürətli uzun düzlükləri texniki cəhətdən mürəkkəb döngələrlə birləşdirir.

Trekin ən diqqətçəkən hissələrindən biri İçərişəhərin qala divarları boyunca uzanan dar sahədir. Trekin ən dar nöqtəsində, 8 və 9-cu döngələrin yerləşdiyi hissənin eni cəmi 7.6 metrdir. Bu isə pilotlardan maksimum dəqiqlik tələb edir. Digər tərəfdən, uzun start-finiş düzlüyü yüksək sürət və ötmə manevrləri üçün əlverişli imkan yaradır.

Bu xüsusiyyətlərin birləşməsi Bakıdakı yarışları gözlənilməz nəticələri ilə fərqləndirir.

2016: Bakıda "Formula-1" tarixinin ilk səhifəsi

Avropa Qran-prisi adı altında keçirilən ilk Bakı yarışının qalibi "Mercedes" pilotu Niko Rosberq olmuşdu. Almaniyalı pilot həmin mövsümün sonunda karyerasında ilk dünya çempionluğunu qazanmışdı. Rosberq çempionluqdan bir neçə gün sonra peşəkar karyerasını başa vurduğunu açıqlamışdı.

2017: Bakı trekində xaos və möhtəşəm geridönüş

2017-ci il Azərbaycan Qran-prisi dramatik hadisələrlə yadda qalmışdı. Sebastyan Fettel və Lyuis Hemilton arasında yaşanan insident, yarışın bir neçə dəfə təhlükəsizlik avtomobili rejimində davam etməsi və qırmızı bayraqla dayandırılması Bakıdakı mübarizəni mövsümün ən çox müzakirə olunan yarışlarından birinə çevirmişdi.

Yarışa onuncu pillədən başlayan "Red Bull" pilotu Daniel Rikkardo sonda qələbə qazanmışdı. "Mercedes"dən Valtteri Bottas finişə bir neçə metr qalmış "Williams" pilotu Lens Strollu qabaqlayaraq ikinci olmuşdu - Lens isə debüt mövsümündə podiuma yüksələn ən gənc sürücü statusuna yiyələnmişdi.

2018: Son anda qalibi dəyişən hadisələr

Yarışın diqqət mərkəzində "Red Bull" komandasının pilotları Maks Ferstappen və Daniel Rikkardo arasında baş verən toqquşma olmuşdu. Hadisə nəticəsində hər iki pilot mübarizəni dayandırmışdı.

Əsas dram isə finişə bir neçə dövrə qalmış yaşanmışdı. Yarışa liderlik edən Valtteri Bottas təkərinin partlaması nəticəsində mübarizədən kənarda qalmışdı. Nəticədə liderliyə yüksələn Lyuis Hemilton yarışı birinci pillədə başa vuraraq qələbə qazanmışdı.

2019: "Mercedes"in zəfəri, Leklerin səhvi

Valtteri Bottasın qələbəsi və Lyuis Hemiltonun ikinci yeri tutması ilə "Mercedes" Azərbaycan Qran-prisində ilk iki yeri tutmuşdu.

Sıralama turu isə Şarl Leklerin qəzası ilə yadda qalmışdı. "Ferrari" pilotu İçərişəhər tərəfdə yerləşən 8-ci döngədə idarəetməni itirərək təhlükəsizlik səddinə çırpılmışdı.

2021: İki əsas favoritin mübarizədən kənarda qalması

2021-ci il Azərbaycan Qran-prisi Bakı mərhələsinin tarixində ən dramatik sonluqlardan biri ilə yadda qalmışdı. Finişə beş dövrə qalmış yarışa liderlik edən Maks Ferstappen təkərinin sıradan çıxması nəticəsində mübarizəni dayandırmışdı.

Yarışın qırmızı bayraqdan sonra yenidən başlaması ilə qələbə şansı Lyuis Hemiltona keçmişdi. Lakin britaniyalı pilot qızdırma dövrəsi zamanı "Brake Magic" (əyləc balansı) funksiyasını söndürməyi unutmuşdu. Əyləc balansının ön təkərlərə yönəlməsi onun startdan sonra birinci döngədə trekdən çıxmasına səbəb olmuşdu.

Ferstappenin mübarizədən kənarda qalması və Hemiltonun səhvi nəticəsində qələbəni "Red Bull" pilotu Serxio Peres qazanmışdı.

2022: "Red Bull" üçün tarixi dubl

"Ferrari" pilotları Şarl Lekler və Karlos Sayns texniki problemlər səbəbindən mübarizəni dayandırdıqdan sonra qələbəni Maks Ferstappen qazanmışdı. Bu niderlandlı pilotun Bakı şəhər halqasındakı ilk qələbəsi olmuşdu.

Serxio Peres ikinci yeri tutaraq "Red Bull"a Azərbaycan Qran-prisində ilk dublu qazandırmışdı.

2023: "Bakı trekinin kralı" Serxio Peres

2023-cü il Azərbaycan Qran-prisi sprint yarışının da keçirildiyi yeni həftəsonu formatında baş tutduğu ilk yarış olmuşdu. Serxio Peres həm sprint yarışında, həm də əsas Qran-pridə qalib gəlmişdi.

Bakıda əldə etdiyi ikinci qələbədən sonra Peres "Formula-1" azarkeşləri arasında qeyri-rəsmi olaraq "Bakı trekinin kralı" ləqəbini qazanmışdı - bu qələbəyə qədər Bakıda hər yarışda yeni bir sürücü qələbə qazanmışdı.

2024: Piastri və Leklerin dueli

Azərbaycan Qran-prisinin qalibi "McLaren" komandasının pilotu Oskar Piastri olmuşdu. Şarl Lekleri pit-stopdan sonra ötməklə liderliyə yüksələn avstraliyalı pilot finişədək birinci mövqeyini qorumuşdu.

Yarışın son dövrələri isə dramatik hadisə ilə yadda qalmışdı. Finişə az qalmış Serxio Peres və Karlos Sayns üçüncü yer uğrunda mübarizə zamanı toqquşmuşdular. Nəticədə hər iki pilot yarışı başa vura bilməmişdi.

2025: Altı qırmızı bayraq və gözlənilməz podium

2025-ci ildə Azərbaycan Qran-prisinin qalibi "Red Bull" komandasının pilotu Maks Ferstappen olmuşdu. Niderlandlı pilot yarış boyu liderliyi qoruyaraq finişə birinci çatmışdı. Corc Rassell ikinci, Karlos Sayns isə üçüncü olmuşdu. Sayns "Williams" komandası ilə ilk podiumunu Bakıda qazanmışdı.

Yarış həftəsonunun ən diqqətçəkən hadisələrindən biri isə altı dəfə qırmızı bayraqla dayandırılan sıralanma turu olmuşdu - bu göstərici "Formula-1" tarixində yeni rekord kimi qeydə alınmışdı.

2026: Tarixin yeni səhifəsi

İndi isə növbə 10-cu Qran-pridədir. Sentyabrın 24-26-da Bakı şəhər halqası bir daha dünyanın ən sürətli pilotlarını qəbul edəcək və Azərbaycan Qran-prisinin tarixində növbəti qalib müəyyənləşəcək.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sara Əzimovanın Prezidentin Naxçıvana səfəri ilə bağlı məqaləsi İtaliya mediasında yayımlanıb

17.08.2026 17:13 Media

"Uşaqların zərərli vərdişlərdən qorunması" layihəsinə start verilir

17.08.2026 17:06 Cəmiyyət

Elektromobillərə tələbat niyə azalır? -

17.08.2026 17:03 Cəmiyyət

Akademikin oğluna

17.08.2026 15:40 Ana səhifə

114B saylı avtobusda

17.08.2026 13:50 Gündəm

İnsanlığın yeni evi Mars ola bilər?

17.08.2026 13:22 Dünya

Azərbaycan diasporunun rəhbəri Rusiyadan deportasiya edildi

17.08.2026 13:02 Gündəm

Prezident onlarla bağlı

17.08.2026 12:41 Ana səhifə

Rəvan Qarayevin “Məktub yazıram” adlı ilk solo konserti keçirilib

17.08.2026 12:04 Şou-Biznes

“Xalq Kapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsi 4 min manat cərimələnib

17.08.2026 11:44 Cəmiyyət

"Unicapital İnvestisiya Şirkəti"nin böyük məbləğdə borcu yarandı

17.08.2026 11:20 İqtisadiyyat

Kibrit fabriklərində işçiləri ölümə aparan peşə xəstəliyi

17.08.2026 11:08 Dünya

Azərbaycanda “su pulu” ilə bağlı mühüm xəbər – Qiymət dəyişəcək?

17.08.2026 10:28 Cəmiyyət

Şübhəli bağlamadan insan kəlləsi çıxdı:

17.08.2026 10:04 Dünya

Alkoqol asılılığının arxasında dayanan 5 yanlış fikir

17.08.2026 09:55 Sağlamlıq

Xəzər dənizinin adı dəyişib belə ola bilər –

17.08.2026 09:07 Cəmiyyət

SEPAH-ın Ermənistana satdığı "gizli sistem" -

17.08.2026 08:56 Siyasət

Xocavəndin Quzeyxırman, Güneyxırman, Şuşanın Kiçik Qaladərəsi kəndlərinə köç karvanları yola salınıb

17.08.2026 07:21 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək