Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olu...
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
Cəmiyyət

Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

Xpress.az Redaksiyası 18.08.2026 11:10

Yaponiyada yaşayan soydaşımız Əlibəy Məmmədovun Azərbaycan haqqında yapon dilində növbəti kitabı işıq üzü görüb. “Şərabla səfər edəcəyiniz Azərbaycan” adlı nəşrdə Azərbaycanın tarixi, mədəniyyəti, milli mətbəxi, qonaqpərvərlik ənənələri, şərabçılıq mədəniyyəti və turizm potensialı geniş şəkildə təqdim olunur.

Doqquz hissədən ibarət kitabın ilk bölməsində Azərbaycan “qəribə və gözəl ölkə” kimi oxucuya tanıdılır, ölkənin tarixi və mədəni irsi, görməli yerləri və turizm imkanları haqqında məlumat verilir. Nəşrin ilk 32 səhifəsi isə Azərbaycanın müxtəlif bölgələrini, Bakı, Qobustan, Şəki kimi məkanları, milli mətbəxi və süfrə ənənələrini əks etdirən rəngli fotoşəkillərdən ibarətdir.

Kitabın əsas mövzularından biri Azərbaycan şərabçılığı və onun ölkələr arasında mədəni körpüyə çevrilməsidir. Müəllif Azərbaycan və Gürcüstanın paylaşdığı qədim şərab mədəniyyətindən, Xəzər dənizinin təbiətindən və Azərbaycanın müxtəlif şərab növlərindən bəhs edir. Eyni zamanda, oxuculara Azərbaycan şərabçıları, şərab istehsalı və şərab vasitəsilə ölkəni tanımaq imkanları barədə məlumat təqdim olunur.

Əlibəy Məmmədov kitabda Azərbaycan-Yaponiya münasibətlərinə də xüsusi yer ayırıb. Onun sözlərinə görə, bir butulka şərabın Yaponiyada təqdimatı zamanla yalnız məhsul satışından ibarət olmayıb, Azərbaycanın tarixini, mədəniyyətini, iqtisadiyyatını, insanların gündəlik həyatını və süfrə ənənələrini yapon cəmiyyətinə çatdıran vasitəyə çevrilib. Müəllif bu prosesi belə xarakterizə edir: “Bu, təkcə bir butulka şərab satmaq deyil. Azərbaycanın mədəni irsini, tarixini, insanların gündəlik həyat tərzini, süfrəsini və mentalitetini yaponlara çatdırmaqdır”.

Nəşrdə Azərbaycan süfrə mədəniyyəti də geniş təqdim olunur. Dolma, qutab və digər milli yeməklərlə yanaşı, Azərbaycan ailəsində qonağa münasibət, evə dəvət, ən yaxşı yeməyin və ən rahat yerin qonağa təqdim edilməsi kimi ənənələrdən bəhs edilir.

Kitabın son bölmələrində isə Azərbaycan və Yaponiya arasında gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilir. Mədəniyyət, iqtisadiyyat, biznes və kənd təsərrüfatı məhsulları vasitəsilə iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsinin mümkün istiqamətləri diqqətə çatdırılır.

Əlibəy Məmmədovun fikrincə, Azərbaycanı xarici auditoriyaya tanıtmağın ən təsirli yollarından biri ölkənin qonaqpərvərlik və süfrə mədəniyyətini, tarixi və gündəlik həyatını bir arada təqdim etməkdir: “Yeni nəşr olunan “Şərabla səfər edəcəyiniz Azərbaycan” kitabı da bu yanaşmanın Yaponiyada yazılı formada davamıdır. Ümumiyyətlə, bu, yalnız şərab haqqında kitab deyil. Nəşr bir məhsul üzərindən bütöv bir ölkənin — onun tarixinin, mədəniyyətinin, insanlarının, qonaqpərvərlik ənənələrinin və turizm imkanlarının Yaponiyada tanıdılmasına yönəlmiş təqdimat nümunəsidir”.

Nəşrdə Azərbaycana dair geniş məlumatlar, fotoşəkillər və ölkənin turizm, mədəniyyət və şərabçılıq imkanlarını birləşdirən materiallar yer alıb.

Qeyd edək ki, kitabın 2026-cı il avqust ayının 31-dən Yaponiyada rəsmi satışlarına başlanılacaq. Artıq “Amazon” reytinqlərində də yapon dilində kifayət qədər satışları gedir və ön sıralardadır. Kitab, eyni zamanda bir çox mərkəzi kitabxanalara, universitetlərə paylanılacaq. 

Xatırladaq ki, Əlibəy Məmmədov 2012-ci ilədən Yaponiyada yaşayır. Hokkaydo Universitetində siyasi elmlər üzrə təhsil alıb. Yaponiya hökuməti təqaüdçüsü olmuş Əlibəy Məmmədov, eyni zamanda konfliktoloq, Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədridir. Diaspor fəaliyyətinə təhsil illərindən başlayıb. 2015-ci ildən isə Yaponiyada biznes sahəsində fəaliyyət göstərir. Onun 2018-ci ildə yapon dilində “Azərbaycanın indi maraqlı olmasının səbəbləri”, bu ilin aprelində isə “Azərbaycan adlı strategiya” adlı kitabları çap olunub.









Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Epşteyn qalmaqalına görə işdən qovuldu: Görün nə qədər təzminat aldı

18.08.2026 15:16 Dünya

Generalın oğlu vəzifəsindən azad edildi

18.08.2026 12:26 Cəmiyyət

Könül Qasımova həbs olundu

18.08.2026 12:03 Cəmiyyət

3700 manatdan çox maaş:

18.08.2026 11:26 Cəmiyyət

Azərbaycan və Özbəkistan şəhərsalma əməkdaşlığında yeni mərhələyə qədəm qoyur

18.08.2026 10:58 Cəmiyyət

ABŞ səfirliyi İŞÇİ AXTARIR -

18.08.2026 10:28 Gündəm

"İnsanların oturması üçün yer yoxdur, amma bu tikiliyə icazə verdilər” -

18.08.2026 10:16 Gündəm

ƏHALİYƏ XƏBƏRDARLIQ - 18-20 avqust tarixlərində...

18.08.2026 09:48 Cəmiyyət

Abdullah Zubir “Qarabağ”dan niyə “urvatsız” yola salındı? – CAVAB

18.08.2026 09:29 İdman

Yalnız 4 BÜRC şanslı bilet çəkəcək

18.08.2026 09:15 Cəmiyyət

“Neçə nəfəri öldürdüyümü xatırlamıram” -

18.08.2026 08:59 Dünya

Nə ər var, nə kişi qonşu: qadınların qeyri-adi qəsəbəsi

18.08.2026 08:44 Cəmiyyət

Daha bir ölkə müharibəyə hazırlaşır

17.08.2026 21:39 Dünya

Azərbaycanda türk kanalları niyə göstərmir?

17.08.2026 21:19 Mədəniyyət

Azərbaycanda ən çox yeni iş yeri harada açılıb?

17.08.2026 21:00 Cəmiyyət

Xırdalanda 8 marşrutun hərəkət istiqaməti dəyişdi - Siyahı

17.08.2026 20:02 Cəmiyyət

Sabahdan Bakının bu iki küçəsi

17.08.2026 19:41 Cəmiyyət

10 il, 10 Qran Pri: Bakı Formula 1 tarixində öz izini necə qoydu? -

17.08.2026 17:46 Ana səhifə

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək