Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Fındığın 1 kiloqramı 19 manata çatıb?
Fındığın 1 kiloqramı 19 manata çatıb?
Cəmiyyət

Fındığın 1 kiloqramı 19 manata çatıb? - Ekspertdən qiymətlərlə bağlı AÇIQLAMA

Xpress.az Redaksiyası 18.08.2026 19:07

Dövlət Gömrük Komitəsinin açıqladığı məlumata görə, bu ilin yanvar-iyul aylarında Azərbaycandan xarici ölkələrə 100 milyon 232,7 min dollar dəyərində 8 min 892,5 ton fındıq ixrac olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 21,5 faiz artsa da, miqdarı 22,2 faiz azalıb. Eyni zamanda, ixrac edilən fındığın bir kiloqramının orta qiyməti 12,3 manatdan 19,2 manata yüksəlib.

Bu tendensiya dünya bazarlarında qiymət dəyişiklikləri ilə bağlıdır, yoxsa ölkədə istehsal və ixrac siyasətində baş verən dəyişikliklərin nəticəsidir? Mövcud vəziyyət Azərbaycanda qiymət artımına səbəb olacaq?

Redaktor.az-a danışan iqtisadçı Günay Hüseynova bildirdi ki, fındıq ixracı artsa da qiymətin yüksəlməsinə səbəb dünya bazarındakı qiymətlərlə əlaqədardır:

"Dünya bazarındakı qiymətin bu dərəcədə yüksəlməsinə səbəb isə ixracatda lider olan ölkələrdə istehsalın hava şəraiti və digər səbəblərdən azalması ilə əlaqədardır. Belə şəraitdə digər istehsalçı ölkələr hətta məhsulu daxili bazara çıxarmadan birbaşa ixraca yönləndirir. Bir məsələni də xüsusi ilə vurğulamaq istərdim ki, statistik rəqəmdə qeyd olunan məbləğ orta statistik qiymətdir və topdan qiymətidir. Yeni bu o demək deyil ki, fındığın 1 kiloqramı 19 manat 20 qəpiyə satılır, daxili bazarda alıcı bu qiymətə alacaq. Lakin növbəti il bayram ərəfəsi müəyyən qiyməti artımı ola bilər .Əgər məhsul ixracatında ixtisaslaşmış ölkənin ixracı yetəri qədər olarsa qiymətlər tənzimlənə bilər".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək