Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Azərbaycanda ət ucuzlaşa bilər –
Azərbaycanda ət ucuzlaşa bilər –
Cəmiyyət

Azərbaycanda ət ucuzlaşa bilər – nazirlik istəsə, məmurlar imkan versə…

Xpress.az Redaksiyası 23.08.2026 16:51

Son günlər ölkədə müzakirə olunan əsas məsələlərdən biri də ət və ət məhsullarının bahalaşmasıdır. Bildirilir ki, Rusiya, Qazaxıstan və Ukraynada ətin qiyməti Azərbaycandan 4-5 manat daha ucuzdur. Bu da cəmiyyətdə narazılığa səbəb olur və qiymətlərin yüksək olmasına görə Kənd Təsərrüfatı Nazirliyi tənqid edilir.

Bəs Azərbaycanda ətin qiymətinin aşağı salınması üçün Kənd Təsərrüfatı Nazirliyi hansı addımları atmalıdır? Nazirlik nə etməlidir ki, ət daha münasib qiymətə satılsın?

 Globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov Azərbaycanda ətin qiymətinin ildən-ilə artmasını yalnız yem, otlaq və ya heyvan sayının azlığı ilə izah etmək düzgün olmadığını bildirib.

“Problemin kökündə illərdir tətbiq olunan iqtisadi model və kənd təsərrüfatının idarə olunması sistemi dayanır. İlk növbədə mövcud modeldən imtina edilməli, kənd təsərrüfatı siyasətini həyata keçirən strukturun fəaliyyəti yenidən qiymətləndirilməli və tamamilə yeni idarəetmə fəlsəfəsi əsasında struktur formalaşdırılmalıdır. Burada artıq ayrı-ayrı qərar və proqramlardan deyil, illərdir davam edən idarəetmə və sistem problemindən söhbət gedir”, - deyə o qeyd edib.

İqtisadçının fikrincə, problemlər zaman keçdikcə xroniki xarakter alıb:

“Xroniki xəstəliyi kosmetik dəyişikliklərlə müalicə etmək mümkün olmadığı kimi, kənd təsərrüfatındakı struktur problemlərini də yeni subsidiya mexanizmləri və ayrı-ayrı layihələrlə həll etmək mümkün deyil. Artıq yanaşmanı dəyişməliyik. Əsas sual fermerə nə qədər subsidiya verilməsi və ya nə qədər heyvanın olması deyil, istehsal olunan məhsulun maya dəyəri və onun istehlakçıya hansı qiymətə çatdırılmasıdır. Ətin qiyməti məsələsində də eyni prinsip tətbiq olunmalıdır”.

A.İbrahimov bildirib ki, Azərbaycanın ərazisinin nisbətən kiçik olması ətin bahalığının əsas səbəbi deyil:

“Əsas məsələ mövcud torpaq, su, otlaq və yem resurslarından nə qədər səmərəli istifadə edilməsidir. Problemi heyvan sayını artırmaqla deyil, bir heyvandan daha çox və daha ucuz ət əldə etməklə həll etmək mümkündür. Bunun üçün yem bazası, məhsuldar damazlıq heyvandarlıq, müasir kökəltmə təsərrüfatları, baytarlıq xidmətləri, fermer kooperasiyaları, müasir kəsim və soyutma infrastrukturu, həmçinin logistika inkişaf etdirilməlidir. Subsidiya siyasəti də dəyişməlidir. Dövlət sadəcə heyvan alan fermeri deyil, daha aşağı maya dəyəri ilə çox və keyfiyyətli məhsul istehsal edən fermeri stimullaşdırmalıdır”.

İqtisadçı dövlət vəzifəlilərinin biznes fəaliyyəti ilə fermerlərin fəaliyyətinin toqquşmasının da qarşısının alınmasının vacibliyini vurğulayıb:

“İnzibati resursu əlində saxlayan şəxs eyni zamanda həmin rayonda təsərrüfat, ferma və ya digər kommersiya marağına malikdirsə, sağlam rəqabətdən danışmaq mümkün deyil. Torpaq bölgüsünə, icazələrə və yerli resurslara təsir imkanına malik şəxsin özü fermerlə rəqabət aparırsa, sıravi fermerin onunla eyni bazar şəraitində mübarizə aparması mümkün deyil. Buna görə dövlət vəzifəlilərinin biznes fəaliyyəti ilə bağlı aydın və işlək maraqlar toqquşması qaydaları tətbiq edilməlidir”.

Ekspertin sözlərinə görə, fermerin torpağa, otlağa, suya və digər istehsal resurslarına çıxışı inzibati şəxslərin şəxsi maraqlarından asılı olmamalıdır:

“Resursların bölüşdürülməsində şəffaflıq və rəqabət təmin edilmirsə, təkcə subsidiya verməklə problemi həll etmək mümkün deyil. Azərbaycan SSR dövründə Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonları heyvandarlıq baxımından mühüm ərazilər hesab olunurdu. Bu gün həmin ərazilərin böyük hissəsinin yenidən Azərbaycanın nəzarətinə qayıtması və işğaldan azad edilmiş ərazilərdə yeni iqtisadi imkanların yaranması böyük fürsətdir. Qarabağ və Şərqi Zəngəzurun kənd təsərrüfatı və heyvandarlıq potensialı düzgün idarə olunarsa, ölkənin ət və digər ərzaq məhsullarının istehsalında ciddi artım yarada bilər.

Lakin burada da köhnə idarəetmə modelini təkrarlamaq əvəzinə rəqabətli, şəffaf və özəl sektorun aparıcı rol oynadığı yeni iqtisadi model qurulmalıdır”.

A.İbrahimov dövlətin iqtisadiyyata birbaşa müdaxiləsinin də azaldılmasının vacibliyini qeyd edib:

“Dövlət sahibkarın, fermerin və bazarın yerinə qərar verən tərəfə çevrilməməlidir. Əsas vəzifə aydın və sabit qaydalar müəyyənləşdirmək, sağlam rəqabət mühiti yaratmaq, mülkiyyət hüquqlarını qorumaq, infrastruktur və hüquqi təminatı formalaşdırmaqdır. Dövlət bazarın yerinə keçməməli, onun işləməsi üçün şərait yaratmalıdır. Yeni modelin əsas göstəricisi heyvanların və ya subsidiyaların sayı yox, bir kiloqram məhsulun maya dəyəri, fermerin gəlirliliyi və istehlakçının ödədiyi qiymət olmalıdır. Əgər dövlət illərdir vəsait ayırır, subsidiyalar verir, müxtəlif proqramlar həyata keçirir, amma vətəndaş hər il daha baha ət alırsa, deməli, sistemə yenidən baxmaq lazımdır”.

Ekspert əlavə edib ki, ətin ucuzlaşmasının yolu qiyməti inzibati qaydada aşağı salmaq deyil, maya dəyərini azaldan yeni kənd təsərrüfatı və iqtisadi model qurmaqdır:

“Azərbaycanın problemi nə torpaq, nə də heyvandarlıq potensialının olmamasıdır. Problem mövcud potensialı effektiv iqtisadi nəticəyə çevirə bilməməyimizdir. Bu model dəyişməsə, Qarabağ və Şərqi Zəngəzurun iqtisadi dövriyyəyə qayıtması belə öz-özlüyündə ətin ucuzlaşmasına zəmanət verməyəcək”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Leyla Əliyeva oğulları ilə Daşkənddə - Foto

23.08.2026 18:11 Gündəm

İlham Əliyevlə yeni təklifimiz var: birgə film çəkək

23.08.2026 17:14 Dünya

Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi -

23.08.2026 16:22 Siyasət

Prezident və birinci xanım Ümummilli Liderin memorial kompleksini ziyarət etdilər -

23.08.2026 16:10 Siyasət

Hikmət Hacıyev: “Özbək və Azərbaycan dillərinin kombinasiyasında danışaq”

23.08.2026 15:44 Siyasət

Özbəkistana dövlət səfərindən gözəl xatirə

23.08.2026 14:25 Gündəm

Prezident xanımı ilə Özbəkistandadır

23.08.2026 13:30 Siyasət

Sumqayıt Tibb Mərkəzində hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib

23.08.2026 13:16 Sağlamlıq

Fuad Əsgərov: “Gürcüstan səfəri olduqca məhsuldar keçdi”

23.08.2026 11:13 Cəmiyyət

Sumqayıt Tibb Mərkəzinin Göz Mərkəzində 6 ayda 10 mindən çox ambulator müraciət qeydə alınıb

22.08.2026 21:33 Sağlamlıq

Azərbaycanda bu məhsullar bahalaşıb

22.08.2026 16:37 Cəmiyyət

QAÇAQ NƏBİ VƏ HƏCƏR XANIM-

22.08.2026 15:32 Mədəniyyət

Çağrı Tunadan Ləmanla bağlı açıqlama:

22.08.2026 13:48 Gündəm

Tarixi yaddaşın izi ilə: Milli Azərbaycan Tarixi Muzeyində “Ahıska türkləri – itmiş sürgünün izində” sərgisi açılıb

22.08.2026 08:25 Mədəniyyət

Sünii intellekt rəqabəti, təhlükəsizlik balansı və kadr problemi:

21.08.2026 22:26 Müsahibə

Şimali Koreya Rusiyaya daha 8500 nəfərlik hərbi qüvvə göndərib

21.08.2026 17:52 Dünya

3 BOKT-un vəzifəli şəxsləri cərimələnib

21.08.2026 17:13 İqtisadiyyat

Agentlik məktəbli forması ilə bağlı valideynlərə müraciət edib

21.08.2026 16:43 Təhsil

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək