Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Təhsil Məktəbdə belə davranan şagirdlər polisə verilə bil...
Məktəbdə belə davranan şagirdlər polisə verilə bilər -
Təhsil

Məktəbdə belə davranan şagirdlər polisə verilə bilər - QAYDA

Xpress.az Redaksiyası 24.08.2026 09:26

Məktəblərdə şagird davranışlarının tənzimlənməsi və təhlükəsiz təhsil mühitinin formalaşdırılması məqsədilə davranış qaydaları tətbiq olunur. Bu qaydalarda müxtəlif səviyyələr üzrə pozuntular müəyyənləşdirilsə də, bəzi hərəkətlər ən ağır - 5-ci səviyyəli qayda pozuntusu hesab edilir.

Maraqlıdır, hansı davranışlar bu kateqoriyaya daxildir və onlar hansı nəticələrə səbəb ola bilər?

Xpress.az "Şagird davranış qaydaları"na istinadən xəbər verir ki, bu kateqoriyaya daxil edilən davranışlar şagirdlərin, müəllimlərin və məktəb mühitinin təhlükəsizliyinə ciddi təhdid yaradır.

Qaydalara əsasən, Azərbaycan dövlətçiliyinə, milli dəyərlərə və dövlət rəmzlərinə hörmətsizlik etmək, qəsdən ciddi fiziki zərərə səbəb olan zorakılıq və cinsi zorakılıq halları 5-ci səviyyəli pozuntu sayılır.

Eyni zamanda, təhlükəsizlik qaydalarını ciddi xəsarət və ya ölümə səbəb ola biləcək şəkildə pozmaq, ekskursiyalar zamanı nəqliyyatın təhlükəsizliyini riskə atan davranışlar nümayiş etdirmək də ən ağır qayda pozuntuları sırasındadır.

Başqalarının əşyalarına və ya məktəb əmlakına qəsdən ziyan vurmaq, qanunsuz dərman vasitələrini və qadağan olunmuş əşyaları məktəbə gətirmək, istifadə etmək və ya satmaq da ciddi intizam pozuntusu hesab edilir.

Bundan başqa, məxfilik hüquqlarının ciddi şəkildə pozulması, məktəbin, eləcə də şagird və müəllimlərin nüfuzuna ağır zərbə vuran hərəkətlər, məktəbə silah və ya təhlükə yaradan digər qadağan olunmuş əşyaların gətirilməsi də 5-ci səviyyəyə aid edilir.

Qaydalarda akademik nəticələrin saxtalaşdırılması, bu məqsədlə məktəb əməkdaşlarına pul, hədiyyə, xidmət və ya digər maddi nemətlərin təklif olunması da ən ağır pozuntular sırasında göstərilib.

Həmçinin qeyri-etik və ağır təhqiramiz məzmunlu materialların kağız və ya elektron formada əldə edilməsi və yayılması da 5-ci səviyyəli davranış pozuntusu hesab olunur.

Bu qaydaları pozan şagirdlərlə bağlı hansı tədbirlər görülür?

Ümumi təhsil müəssisələrində şagird davranış qaydalarına əsasən, 5-ci səviyyə - çox ağır qayda pozuntularını törədən şagirdlərə aşağıdakı tədbirlər tətbiq oluna bilər:

- Şagird dəstək məqsədilə məktəb psixoloquna yönləndirilir;

- Bir neçə dəfə dərsdən sonra özünürefleksiya prosesinə cəlb olunur;

- Valideynə və ya qanuni nümayəndəyə rəsmi bildiriş məktubu göndərilir;

- Müəllim, valideyn, məktəb rəhbərliyi və direktorun iştirakı ilə görüş keçirilir;

- Zəruri hallarda sosial xidmət mərkəzlərinə müraciət edilir;

- Şagird haqqında Yetkinlik Yaşına Çatmayanlarla İş və Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya (YYÇİ) və ya yerli polis idarəsinin aidiyyəti şöbəsinə məlumat verilir.
 Qaydalara əsasən, prosesə hadisənin şahidi olan şəxs, dərsi aparan müəllim, məktəb rəhbərliyi, psixoloq, direktor, valideyn və zərurət yarandıqda sosial xidmət əməkdaşları da cəlb oluna bilər.

Bundan əlavə, məktəb direktorunun qərarı ilə yerli icra hakimiyyəti yanında fəaliyyət göstərən YYÇİ və hüquq müdafiəsi üzrə komissiya, eləcə də ərazi üzrə yetkinlik yaşına çatmayanlarla profilaktik iş aparan polis əməkdaşları prosesə qoşula bilər.

Baş vermiş hadisə sinif davranış jurnalında qeydə alınır, bildiriş məktubunun surəti saxlanılır, psixoloqun apardığı iş və keçirilən görüşlərin nəticələri müvafiq qaydada sənədləşdirilir. (azedu.az)

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək