Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Xəzər dənizində yeni ada yarandı
Xəzər dənizində yeni ada yarandı
Cəmiyyət

Xəzər dənizində yeni ada yarandı - VİDEO

Xpress.az Redaksiyası 26.08.2026 16:22

Xəzər dənizinin dayazlaşması səbəbindən yeni bir ada yaranıb. 
Xpress.az xəbər verir ki, yeni yaranan ada Qazaxıstan mətbuatı tərəfindən videoya çəkilib. 

Məlumata görə, yeni Rıbaçi adası Xəzər dənizinin şimal hissəsində, Svyatoy adasından təxminən 500 metr şərqdə və Manqistau bölgəsinin Bautino kəndindən 30 kilometr məsafədə yerləşir.

Mütəxəssislər bildirirlər ki, son 4-5 ildə Xəzər dənizinin şimal hissəsində suyun səviyyəsinin azalması səbəbindən yeni quru əraziləri yaranmağa başlayıb. Xüsusilə, onlar Xəzər suitilərinin yaşadığı Kulalı, Morskoy, Svyatoy, Podqornı, Uşaral, Mayaşikkan və Dolgiy adalarının yaxınlığında formalaşır.

Mütəxəssislərin fikrincə, Xəzər dənizinin bu hissəsindəki adalarda əsasən canavarlar yaşayır. Burada vəhşi qabanlara və porsuqlara da rast gəlinir. Sahil suları və adalar müxtəlif balıq və quşların evidir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək