Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Daha iki həkimin qanunsuzluğunun üstü açıldı
Daha iki həkimin qanunsuzluğunun üstü açıldı
Cəmiyyət

Daha iki həkimin qanunsuzluğunun üstü açıldı

Xpress.az Redaksiyası 26.08.2026 18:32

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən “Xətai Estetik Klinikası”nda plandankənar yoxlama keçirilib.

Xpress.az Xitab24.az-a istinadən xəbər verir ki, keçirilən yoxlama zamanı sertifikatsız şəxslərin plastik cərrahiyyə işi üzrə praktik tibb fəaliyyətinə buraxılması faktı aşkar edilib.

Bəlli olub ki, cəmiyyətdə plastik-cərrah kimi tanınan Rəvan Cəfərli və Kamil Quluzadə  müəssisədə plastik cərrahiyyə ixtisası üzrə sertifikasiya şəhadətnaməsinə malik olmadan əməliyyatlarda iştirak ediblər.

Bu, fakt klinikanın tibbi qeydiyyat sənədlərində də öz əksini tapıb.

Nəticədə klinika barədə  İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi üzrə protokol tərtib edilərək, baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. Şirkətin direktoru adıçəkilən həkimlərin klinikada əməliyyat keçirməsindən xəbərsiz olduğunu bildirsə də, məhkəmə bu izahatı məsuliyyətdən boyun qaçırmaq kimi qiymətləndirib.

Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə klinikanın məxsus olduğu “Kaspi TM” MMC 6000 manat cərimələnib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək