Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Metronun iş rejimi
Metronun iş rejimi
Cəmiyyət

Metronun iş rejimi DƏYİŞƏCƏK

Xpress.az Redaksiyası 27.08.2026 16:20

Bu axşam saat 20:00-da “Qarabağ” Futbol Klubunun UEFA Konfrans Liqasında "Tvente"yə (Niderland) qarşı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq pley-off oyunu ilə əlaqədar Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək.
Bu barədə “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir.

Məlumata görə, “Gənclik" stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq. Növbətçilik əsasında köməkçi işçi qüvvəsi ayrılacaq. “Nərimanov” və “28 May” stansiyalarında əlavə tədbirlər görüləcək.

Gün ərzində qatarlar mövcud qrafik üzrə hərəkəti davam etdirəcək.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək