Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Ratko Mladiç öldü
Ratko Mladiç öldü
Gündəm

Ratko Mladiç öldü

Xpress.az Redaksiyası 27.08.2026 17:07

Bosniya serblərinin keçmiş komandanı Ratko Mladiç vəfat edib.

Bu barədə Serbiya Televiziyası məlumat yayıb.
Onun Haaqada BMT-yə məxsus cəzaçəkmə müəssisəsində 84 yaşında öldüyü bildirilir.
Qeyd edək ki, “Serb qəssabı” ləqəbi ilə tanınan general 1992-1995-ci illərdə Bosniya və Herseqovinada silahlı münaqişə zamanı serb ordusuna rəhbərlik edib. Beynəlxalq tribunal tərəfindən onun əleyhinə ilk ittihamlar 1995-ci ilin iyulunda irəli sürülüb, bir ildən sonra isə Mladiç beynəlxalq axtarışa verilib. 2011-ci ildə Serbiya tərəfi onu həbs edərək Haaqa Tribunalına təhvil verib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək