Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Ətin qiyməti YENİDƏN DƏYİŞDİ
Ətin qiyməti YENİDƏN DƏYİŞDİ
Cəmiyyət

Ətin qiyməti YENİDƏN DƏYİŞDİ - Bazarda nə baş verir?

Xpress.az Redaksiyası 29.08.2026 15:20

Ətin qiymətində növbəti bahalaşma istehlakçıların diqqətini yenidən bu məsələyə yönəldib. Son bir ildə ətin qiymətinin bir neçə dəfə artması artıq ciddi müzakirələrə səbəb olur.

Globalinfo.az-a danışan iqtisadçı Emin Qəriblinin sözlərinə görə, qiymət artımına bir neçə amil təsir edir:

"Ölkəmizdə qoyun və mal ətinə tələbatın müəyyən hissəsi idxal hesabına qarşılanır. Artıq qoyun və iri buynuzlu heyvan ətinin istehsalında müəyyən qədər artım müşahidə olunur. Ancaq bu artım mövcud tələbatı tam ödəməyə kifayət etmir. Tələb durmadan artır. Yanvar-iyun aylarında da tələbatın artdığını müşahidə edirik. İstehsalın artımı isə bu tələbatı tam qarşılamağa imkan vermir. Yəni bazarda tələb daha çox, təklif isə məhduddur".

İqtisadçı bildirib ki, qiymət artımına təsir edən amillərdən biri də yemin bahalaşmasıdır:

"Belə ki, heyvanların yem təminatında istifadə olunan məhsulların qiymətində müəyyən artım qeydə alınıb. Bəzi məhsullarda bu artım 3 faizə qədərdir. Bu da təbii olaraq ümumi istehsal xərclərinə və nəticə etibarilə ətin qiymətinə təsir göstərir. Digər tərəfdən, iqlim dəyişiklikləri və ötən il müşahidə olunan quraqlıq da müəyyən təsirlər yaradıb. Bu amillərin hamısı birlikdə heyvandarlıqda istehsal imkanlarına təsir göstərir və bazarda yaranan tələbatın tam qarşılanmasını çətinləşdirir".

E.Qəribli deyib ki, qarşıdakı bir-iki ayda toy mövsümünün başlaması ilə ətə olan tələbatın daha da artacağını gözlənilir:

"Bu da öz növbəsində qiymətlərə əlavə təzyiq yarada bilər. Bunun qarşısını almaq üçün müəyyən hallarda idxalın artırılması da mümkün variantlardan biridir. Amma əsas məsələ daxili istehsalın artırılmasıdır. Biz quşçuluğun inkişafı nəticəsində özümüzü quş əti ilə tam təmin edə bildiyimizi, hətta ixrac etdiyimizi görürük. Hesab edirəm ki, eyni yanaşmanı qoyunçuluq və iribuynuzlu heyvandarlığın inkişafında da tətbiq etmək mümkündür. Bu istiqamətdə əlavə tədbirlər görülərsə, daxili istehsalı artırmaq və gələcəkdə qiymət artımının qarşısını müəyyən qədər almaq olar".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xaricdə təhsil arzusu kabusa çevrilməsin: Vasitəçi şirkətlərlə bağlı xəbərdarlıq-

29.08.2026 21:31 Cəmiyyət

Minlərlə heyət üzvü təhlükədədir:

29.08.2026 20:50 Gündəm

Övladlığa götürülən uşaqların sayında kəskin azalma -

29.08.2026 20:24 Cəmiyyət

Hazırda məscidlərdə neçə dini xadim fəaliyyət göstərir?

29.08.2026 19:27 Cəmiyyət

Azərbaycanda yeni nazirlik yaradılır?

29.08.2026 17:50 Cəmiyyət

Məktəbə getmək istəməyən uşaqla necə davranmalı? –

29.08.2026 17:08 Cəmiyyət

Sosial yardım alanların sayı niyə azalıb? –

29.08.2026 16:32 Cəmiyyət

"Sabah" - "Barselona" matçı bu tarixdə keçiriləcək

29.08.2026 16:00 İdman

Bakıda bu marşrutların hərəkət sxemi dəyişdirildi

29.08.2026 14:09 Cəmiyyət

Sentyabr ayının ən şanslıları

29.08.2026 14:07 Cəmiyyət

Qalmaqallı Fidan müəllim saxlanıldı-

29.08.2026 12:28 Gündəm

Fırıldaqçılar insanları cinayət törətməyə necə cəlb edirlər? –

29.08.2026 11:50 Cəmiyyət

Səhraya 4 milyon ağac əkdilər, 65 il sonra gözlənilməz nəticə ortaya çıxdı -FOTO

29.08.2026 11:30 Cəmiyyət

Peşə məktəblərində ödənişi 5 min manat olan ixtisaslar -

29.08.2026 11:13 Təhsil

Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrıldı

29.08.2026 11:05 İqtisadiyyat

“Maşa və Ayı”nın başı dərddə – personajlara görə

29.08.2026 10:07 Mədəniyyət

Nikahda bağışlanan əmlak kimin sayılır?

29.08.2026 08:59 Cəmiyyət

Hansı halda özbaşına tikintiyə mülkiyyət hüququ verilir?

28.08.2026 21:59 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək