Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Xətaidə sakinlərin qeydiyyat problemi niyə həll ol...
Xətaidə sakinlərin qeydiyyat problemi niyə həll olunmur? -
Cəmiyyət

Xətaidə sakinlərin qeydiyyat problemi niyə həll olunmur? - VİDEO

Xpress.az Redaksiyası 30.08.2026 08:59

Xətai rayonu, Rüstəm Əliyev küçəsi, 43 ünvanında yerləşən binanın sakinləri mənzillərə çıxarışın verilməməsindən və kommunal xidmətlərin qeyri-əhali tarifi ilə hesablanmasından narazıdırlar.

Sakinlərin sözlərinə görə, 2019-cu ildən mənzillərində məskunlaşsalar da, indiyədək qaz və elektrik enerjisi üzrə əhali abonenti kimi qeydiyyata alına bilməyiblər. Nəticədə kommunal xidmətlərə görə ödənişlər əhali tarifi ilə deyil, qeyri-əhali tarifi ilə hesablanır.

Sakinlər bildirirlər ki, illərdir aidiyyəti qurumlara müraciət etsələr də, məsələ həllini tapmayıb. Bununla yanaşı, mənzillərə çıxarış almaq da mümkün olmur.

Vətəndaşlar məsələ ilə bağlı narazılıqlarını Baku TV ilə bölüşüblər.

"Şikayətimiz "Ocaq" MTK ilə bağlıdır. Bina 2019-cu ildə təhvil verilib və hazırda mənzillərin təxminən 80 faizində yaşayış var. Hazırda binanın kommunal xətləri hüquqi şəxsin adına olduğuna görə işıq və qaz üçün ödənişləri qeyri-əhali tarifi ilə edirik və bu da büdcəmizə ciddi zərər vurur", - onlardan biri söyləyib.

Digər bir sakin isə bildirib: "Neçə ildir binaya çıxarış ala bilmirik. Səbəblər çoxdur, tikinti şirkəti kommunal infrastrukturla bağlı öhdəliklərini yerinə yetirməyib. Faktiki olaraq illərdir mülkiyyət sənədi olmadan yaşamaq məcburiyyətində qalmışıq".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək