Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Maaş və pensiyalar bu tarixdə artacaq –
Maaş və pensiyalar bu tarixdə artacaq –
Cəmiyyət

Maaş və pensiyalar bu tarixdə artacaq – Rəqəm açıqlandı

Xpress.az Redaksiyası 30.08.2026 10:59

Orta aylıq pensiyanın 10,5 faiz artaraq 594,4 manata çatması ilə bağlı xəbərdən sonra sosial şəbəkələrdə vətəndaşların narazılığı müşahidə olunur. Bir çoxları bildirir ki, bu artım onların aldığı pensiya, maaş və müavinətlərdə öz əksini tapmayıb. Vətəndaşlar həmçinin artan ərzaq və digər xərclər fonunda gəlirlərinin dəyişməməsindən şikayətlənirlər.

Bəs orta aylıq pensiyanın artması konkret vətəndaşların gəlirlərinə nə dərəcədə təsir edir? Pensiya və maaşlarda növbəti artım nə zaman gözlənilir?

Globalinfo.az-a danışan iqtisadçı Vüsalə Əhmədova vətəndaşların “orta aylıq maaş və ya pensiya artırılıb, amma mənim maaşım və ya pensiyam dəyişməyib” deməsi tamamilə əsaslı irad olduğunu bildirib.

“Çünki “orta aylıq əməkhaqqı” ölkədə müxtəlif əməkhaqlarının statistik göstəricisidir. Yəni şəxsin maaşının həmin faizlə artması demək deyil. Orta əməkhaqqı göstəricisi pensiyalar baxımından yalnız hüquqi əhəmiyyət daşıyır. Çünki “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsində, əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilməsi nəzərdə tutulub”, deyə o qeyd edib.

İqtisadçı bildirib ki, nominal artım ilə real artım arasında ciddi fərq var:

“Əgər pensiya 10 faiz artırılırsa və həmin dövrdə ərzaq, dərman, kommunal, geyim, xidmətlər və digər xərclər 80 faiz artırsa, belə olan şəraitdə insanların sosial rifahının yüksəlməsindən bəhs edə bilmərik. Məsələn, pensiya 9,3 faiz artırılıb, amma həmin şəxsin yalnızca əsas xərcləri 35-50 faiz bahalaşıbsa, pensiyaçının real alıcılıq qabiliyyəti təbii ki, aşağı düşəcək. İnsanların real gəliri inflyasiyanı üstələmir.

Ən doğru artım necə olmalıdır sualına belə cavab verə bilərəm ki, pensiya və maaşların artım faizi ilə inflyasiya və faktiki istehlak səbətinin qiymət artımı uyğunlaşdırılsın”.

İqtisadçının fikrincə, pensiya və maaş yanvar ayında artırıla bilər:

“Böyük ehtimalla pensiyaların yenidən yanvarın 1-dən indeksləşdirilməsi mexanizmi işləyəcək. Çünki qanunda əmək pensiyasının ildə bir dəfə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilməsi nəzərdə tutulur. Əməkhaqlarının artırılması isə dövlət sektorunda ayrıca qərar və ya sərəncam, büdcə imkanları, tarif və vəzifə maaşlarında dəyişiklik, həmçinin minimum əməkhaqqının artırılmasına bağlıdır. Təkrar qeyd edim ki, pensiyanın nominal olaraq 8-10 faiz artırılması bir pensiyaçı üçün heç nə ifadə etməyəcək. Məsələn, 600 manat pensiya 10 faiz artaraq 660 manat olsa və həmin şəxsin əsas istehlak xərcləri eyni müddətdə 40-50 faiz artsa, alıcılıq qabiliyyəti yenə də faktiki olaraq azalacaq. Pensiya və minimum əmək haqqını inflyasiyaya uyğun artırmaq üçün ayrıca mexanizm qurulmalıdır. Bu mexanizm vətəndaşın alıcılıq qabiliyyətinin inflyasiya qarşısında qorunmasına daha yaxşı xidmət edəcək”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Azərbaycanda bu qadağan edildi –

30.08.2026 10:16 Cəmiyyət

Evlərinin söküləcəyi günü gözləyirlər -

30.08.2026 10:06 Cəmiyyət

Ağrı dağında Nuhun gəmisinin qalıqları tapılıb? -

30.08.2026 09:49 Cəmiyyət

Xətaidə sakinlərin qeydiyyat problemi niyə həll olunmur? -

30.08.2026 08:59 Cəmiyyət

Xaricdə təhsil arzusu kabusa çevrilməsin: Vasitəçi şirkətlərlə bağlı xəbərdarlıq-

29.08.2026 21:31 Cəmiyyət

Minlərlə heyət üzvü təhlükədədir:

29.08.2026 20:50 Gündəm

Övladlığa götürülən uşaqların sayında kəskin azalma -

29.08.2026 20:24 Cəmiyyət

Hazırda məscidlərdə neçə dini xadim fəaliyyət göstərir?

29.08.2026 19:27 Cəmiyyət

Azərbaycanda yeni nazirlik yaradılır?

29.08.2026 17:50 Cəmiyyət

Məktəbə getmək istəməyən uşaqla necə davranmalı? –

29.08.2026 17:08 Cəmiyyət

Sosial yardım alanların sayı niyə azalıb? –

29.08.2026 16:32 Cəmiyyət

"Sabah" - "Barselona" matçı bu tarixdə keçiriləcək

29.08.2026 16:00 İdman

Ətin qiyməti YENİDƏN DƏYİŞDİ

29.08.2026 15:20 Cəmiyyət

Bakıda bu marşrutların hərəkət sxemi dəyişdirildi

29.08.2026 14:09 Cəmiyyət

Sentyabr ayının ən şanslıları

29.08.2026 14:07 Cəmiyyət

Qalmaqallı Fidan müəllim saxlanıldı-

29.08.2026 12:28 Gündəm

Fırıldaqçılar insanları cinayət törətməyə necə cəlb edirlər? –

29.08.2026 11:50 Cəmiyyət

Səhraya 4 milyon ağac əkdilər, 65 il sonra gözlənilməz nəticə ortaya çıxdı -FOTO

29.08.2026 11:30 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək