Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Azərbaycanda bu yerlərdə işləyənlər ən az 2 min ma...
Azərbaycanda bu yerlərdə işləyənlər ən az 2 min manat maaş alır -
Cəmiyyət

Azərbaycanda bu yerlərdə işləyənlər ən az 2 min manat maaş alır - SİYAHI

Xpress.az Redaksiyası 03.09.2026 15:47

Azərbaycanda rəsmi əmək müqaviləsi ilə işləyən hər 11 nəfərdən biri 2000 manat maaş alır.
Xpress.az "FED.az"a istinadən xəbər verir ki, ən yüksək əmək haqqının hansı sahələrdə ödənildiyi əmək haqları ilə bağlı yeni rəqəmlər məlum olub.

Məlumata görə, Azərbaycada əmək müqaviləsi ilə işləyənlərin sayı 1 milyon 811 min nəfərdir, onlardan 8,7%-i və ya 157 min nəfər 2000 manatdan artıq maaş alır.

Yüksək maaşlı (yəni ayda 2000 manatdan artıq) işçilərin xüsusi çəkisi fəaliyyət sahələri üzrə kəskin fərqlənir. Yəni ayrı-ayrı sahələrdə 2000dən artıq maaş alanlanrın payı fərqlidir.

2000 manat maaş almaq üçün ən yaxşı imkan mədənçıxarma sənayesindədir, buraya təkcə-neft qaz deyil, həm də metal, qızıl yataqlarında və şirkətlərində işləyənlər də aiddir. Çünki belə maaş alanların ən yüksək payı məhz mədənçıxarma sənayesində qeydə alınıb - bu sahədə işləyənlərin təqribən yarısı, daha dəqiqi 47,5 faizi 2000 manatdan artıq maaş alır.

2000 manat maaş üçün neft və filiz mədənlərinə üz tutmaq istəməyənlər banklara gedə bilərlər. Belə maaş almaq üçün ikinci ən böyük imkan bank və sığorta sahəsindədir. Maliyyə və sığorta şirkətlərində işləyənlərin 39%-i 2000 manatdan artıq maaş alır.

Dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində salışanların 27,2 faizi, yəni hər 4 nəfərdən biri 2000 manatdan artıq maaş alır. İnformasiya və rabitədə çalışanların 20 faizi (hər 5 nəfərdən 1-i), peşə, elmi və texniki fəaliyyətdə isə 18 faizi 2000 manatdan artıq maaş alır. Nəqliyyat və anbar təsərrüfatında 2000 manat alanlanrın sayı isə 16-17% və ya hər 6 nəfərdən biridir.

2000 manat maaş alan işçilərin ən az olduğu sahə isə kənd təsərrüfatıdır. Kənd təsərrüfatında işləyənlərin cəmi 1,9%-i və ya yalnız hər 50 nəfərdən biri 2000 manat alır.

Təhsil sahəsində vəziyyət aqrar sahədən cüzi fərqlənir. Burada işləyənlərin cəmi 2,3%-i və ya hər 44 nəfərdən biri 2000 manat maaş alır. Turizm, əyləncə, nəqliyyat sahəsində isə 2000 manat və daha artıq maaş alanların sayı 2,7-2,8%-dir. Yəni bu sahədə çalışan hər 35-37 nəfədən yalnız biri 2000 manat maaş ala bilir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bu tarixlərdə bəzi məktəblərdə tədris -

03.09.2026 15:30 Təhsil

Qərbi azərbaycanlı məktəblilərlə görüş keçirilib -

03.09.2026 15:20 Cəmiyyət

Dünyada pasportsuz səyahət edən cəmi

03.09.2026 14:23 Dünya

Direktor məktəbin avadanlıqlarını söküb evinə aparıb? -

03.09.2026 14:00 Təhsil

90-cı illərdə hərbi xidmət edənlərə kompensasiya veriləcək? –

03.09.2026 12:50 Cəmiyyət

Kamil Bektaşiyə ASCO-da yeni vəzifə verildi

03.09.2026 12:45 Cəmiyyət

Sərnişinlər tıxacda qaldı:

03.09.2026 12:28 Cəmiyyət

Elçin Əmirbəyov: Cənubi Qafqazla bağlı mövzulara minatəmizləmə prosesi də əlavə olunmalıdır

03.09.2026 11:38 Cəmiyyət

"O geyimimi Vasif Məhərrəmli alıb, digər etdiklərini deməyə utanıram" -

03.09.2026 10:01 Şou-Biznes

Tanınmış estetik həkim HƏBS EDİLDİ - FOTO

03.09.2026 09:34 Cəmiyyət

Dəhşətli xəstəlik yenidən yayılır –

03.09.2026 09:32 Cəmiyyət

Faizlə pul verib gəlir əldə edənlərə

03.09.2026 09:04 Cəmiyyət

Bu şəxslər üçün qısaldılmış iş vaxtı müəyyən edilir

02.09.2026 20:11 Cəmiyyət

Qısaldılmış iş vaxtı kimlərə şamil olunur? -

02.09.2026 17:43 Cəmiyyət

Fuad Əsgərov: “Həkimə verilən dəyər cəmiyyətimizin inkişafına verilən dəyərdir”

02.09.2026 17:00 Cəmiyyət

Mal əti bahalaşdı

02.09.2026 15:43 Cəmiyyət

Bakıda avtomobildən 78 min manat oğurlandı

02.09.2026 15:14 Gündəm

Nazir Əməkdar artistə vəzifə verdi

02.09.2026 14:49 Mədəniyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək